Yuxarı

“Onun əlindən pul, mükafat almaq iyrəncdir...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Onun əlindən pul, mükafat almaq iyrəncdir...”

Nobel və Oskar kimi nüfuzlu mükafatlar çoxlarının arzusu olsa da, bu ödüllərdən imtina edənlər də olub.

Axar.az dünyanın ən nüfuzlu mükafatlarından imtina edən məşhurlar haqda yazını təqdim edir:

Riçard, Adolf, Cerhard

Riçard Kun (Kimya, 1938), Adolf Butenandt (Kimya, 1939) və Cerhard Domaka (Tibb, 1939) kimi alimlər Nobel mükafatından imtina ediblər. Sonralar Adolf Hitler hökumətinin mükafatı almağa icazə verməməsi ilə bağlı faktlar üzə çıxıb. Həmçinin, 1958-ci ildə Nobelə layiq görülən şair Boris Pasternak SSRİ-nin təzyiqinə məruz qaldığından mükafatı qəbul etməyib.

Jan Pol Sartr

Həyatı boyunca bütün rəsmi mükafatlardan imtina edən fransız yazıçı, filosof Jan Pol Sartr 1964-cü ildə Nobel ədəbiyyat mükafatını da rədd edib.

Corc Skot

Corc Skot 1970-ci ildə "Patton" filmindəki roluna görə "ən yaxşı kişi aktyor" nominasiyasında Oskara layiq görülüb. Film II Dünya Müharibəsinin bir qəhrəmanından bəhs edir. Elə mükafatlandırma zamanı Corc hamını heyrətləndirərək bildirib ki, barbar və rüşvətxor hesab etdiyi kinoakademiyanın bu mükafatını qəbul etməyəcək.

İ.Berqman

1971-ci ildə kinoakademiya İ.Berqmanı möhtəşəm prodüserlik işinə görə İrvinq Talbot adına xüsusi ödüllə mükafatlandırmaq istəyib. Lakin Berqman dəyərli vaxtını sərf etmək fikrində olmadığını bildirib və bu tədbiri xüsusi diqqətəlayiq hesab etməyərək, öz yerinə norveçli aktrisa Liv Ulmanı göndərib.

Marlon Brando

Marlon Brando 1972-ci ildə "Xaç atası" filmindəki roluna görə "ən yaxşı aktyor" nominasiyası üzrə Oskara layiq görülüb. Lakin o, mərasimə getməyərək, öz yerinə hindistanlı Kiçik Peronu göndərib. O, Amerika hökumətinin yerli hindulara qarşı ayrı-seçkiliyini əsas gətirərək Oskardan imtina edib.

Le Dık Txo

1973-cü ildə Vyetnam sülhündəki xidmətlərinə görə ABŞ Dövlət Katibi ilə birlikdə mükafat aldığı açıqlanan Vyetnamın Baş naziri Le Dık Txo həmin dövrkü vəziyyətlə əlaqədar olaraq mükafatı almayıb.

Jan-Lyuk Qodar

2010-cu ildə fransız aktyor və rejissoru olan Jan-Lyuk Qodar da Oskardan imtina edib. Mərasimdən gələn dəvəti rejissorun həyat yoldaşı cavablandırıb və artıq 80 yaşı tamam olmuş Qodarın səhhətinə çox həssas yanaşdığını qeyd edərək, "hər hansı dəmir parçasına" görə Kaliforniyaya getməyəcəyini bildirib.

Conni Depp

Conni Depp yaradıcılıq fəaliyyəti ərzində 3 dəfə Oskar mükafatına namizəd olub. 2015-ci ildə çəkilən amerikan filmi "Qara messa"da amansız qatil rolunu oynayan aktyor bu rolu üçün verilən mükafatdan da imtina edib.

Hans Boland

Puşkin və Dostoyevskinin Hollandiyadan olan tərcüməçisi Hans Boland Putinin əlindən Puşkin adına olan mükafatı almaqdan imtina edib. Boland qeyd edib ki, Putin azadlıq üçün təhlükə yaradır. O, çıxışında "Putinin əlindən mükafat, pul almaq iyrəncdir", - deyib.

Tarix
2015.12.13 / 10:12
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla