Yuxarı

10 min manatlıq müsabiqə niyə dayandırıldı?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 min manatlıq müsabiqə niyə dayandırıldı?

Müsabiqənin maddi məsələ ilə bağlı dayandırılması haqda deyilənlər tamamilə yanlışdır.

Bu sözləri Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev mərkəzin keçirdiyi "Yeni söz" müsabiqəsinin dayandırılması ilə bağlı yayılan şayiələr haqda Axar.az-a danışarkən deyib. O, müsabiqənin yenidən təşkil olunacağını bildirib:

"Müsabiqə ona görə dayandırıldı ki, bizə kifayət qədər əsər göndərilməmişdi. Həmçininekspertlər bəzi əsərləri oxudular, mətnlər bizi qane etmədi. İndi kimlərinsə adını çəkmək istəmirəm, bizə göndərilən mətnlər 40-45 ədəd təşkil edirdi, çoxunda səviyyə aşağı idi. Ola bilsin ki, yaxın günlərdə müsabiqəni yenidən təşkil etdik".

Xatırladaq ki, Tərcümə Mərkəzinin elan etdiyi "Yeni söz" müsabiqəsi poeziya, nəsr və esse nominasiyaları üzrə keçirilirdi və müsabiqənin mükafat fondu 10 min 500 manat təşkil edirdi.

Qeyd edək ki, ədəbi ictimaiyyətdə müsabiqənin məhz maddi məsələlərə görə dayandırılması haqda şayiələr yayılıb.

Tarix
2016.01.07 / 08:30
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla