Yuxarı

Putin: “Di Kaprio əsil kişidir…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin: “Di Kaprio əsil kişidir…”

Dünyaca məşhur amerikalı aktyor Leonardo Di Kaprio 2010-cu ildə Rusiyaya gedərkən təyyarədə başına gələn əhvalatı danışıb.

Axar.az xəbər verir ki, Ellen Dedqeneresin proqramına qatılan Di Kaprio qəza zamanı rusların olduqca soyuqqanlı davrandığını deyib:

"Havada olanda təyyarənin mühərrikində yanğın baş verdi. Pəncərədən alovu görəndə çox həyəcanlandım. Rusiyalı sərnişinlər isə həddindən artıq soyuqqanlı idi. Elə bildim, ölmüşəm, özü də cənnətə düşmüşəm. Hər kəs səssiz idi. Mən isə var gücümlə qışqırdım: nə baş verir?"

Xatırladaq ki, Di Kaprio 2010-cu ildə Sankt-Peterburqda təşkil olunan sammitə gedərkən təyyarədə nasazlıq yaranıb. Nyu Yorka təcili eniş etmək məcburiyyətində qalan 41 yaşlı aktyorun xüsusi bir təyyarə ilə sammitə gəlməsi o zaman baş nazir olan Vladimir Putinin diqqətindən yayınmayıb.

Di Kaprio ilə görüşən Putin aktyorun "inadcıl" olduğunu etiraf edərək onu tərifləyib:

"Dünyanın bu sevimli və məşhur amerikalı aktyoru yalnız xeyriyyəçiliyi ilə tanınmır. Hərçənd bu da çox əhəmiyyətlidir. Amma iş yalnız bununla bitmir. Sanki döyüş cəbhəsini yararaq Sankt-Peterburqa gəldi. Bizdə belə adamlara "əsil kişi" deyirlər".

Tarix
2016.01.14 / 16:13
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla