Yuxarı

Arnold Şvartsenegger bomj oldu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arnold Şvartsenegger bomj oldu - Foto

Məşhur Hollivud ulduzu Arnold Şvartsenegger bomjluq edib.

ANS-in məlumatına görə, tanınmış dünya ulduzu zarafatlarından geri qalmayaraq, bu dəfə bomj olmaq qərarına gəlib. Özü də onun şərəfinə ucaldılan abidənin önündə.

Pərəstişkarlarını təəccübləndirmək və güldürmək üçün bu addımı atan Şvartsenegger bomj görkəmində öz abidəsinin qarşısında uzanaraq şəkil çəkdirib və onu internet səhifəsində yerləşdirib.

Yaşıl rəngli yataq dəstinə bürünərək çəkdirdiyi fotonun altından isə Arnold Şvartsenegger "Zaman necə dəyişib" sözlərini yazıb.

Aktyorun qarşısında performans göstərdiyi bürünc heykəl ABŞ-ın Ohayo ştatında yerləşir.

Bundan başqa, Şvartseneggerə vətəni Avstriyadakı doğma kəndi Talda da üç metrlik abidə ucaldılıb.

Siyasi fəaliyyəti və kinematoqrafiya sahəsində uğurları ilə yanaşı, Arnold Şvartsenegger güclü yumor hissinə malikdir. Əvvəllər də o, mum heykəllər muzeyində özünü mumdan olan heykəl kimi apararaq insanlarla zarafat etmişdi. Daha sonra küçədə öz oxşarı ilə döyüşmüş, fitnes klubda məşqçi kimi özünü göstərmişdi.

Arnold Şvartsenegger bodibildinq üzrə dünya çempionu olub. O, "Terminator", "Əkizlər", "Kommando" kimi məşhur filmlərdə baş rollarda oynayıb.

Şvartsenegger 2006-cı ildə ABŞ-ın Kaliforniya ştatının qubernatoru seçilib və 2011-ci ilə qədər bu vəzifəni icra edib.

Tarix
2016.01.17 / 02:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla