Yuxarı

Mehdi Məmmədovun oğlu Hamleti necə qorxutdu?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli aktyor, əməkdar artist Hamlet Xanızadənin anım günüdür.

Axar.az xatırladır ki, Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan qəsəbəsində anadan olub.

İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olan Hamlet Xanızadə 1961-ci ildə Akademik Dram Teatrına gəlib. O, Mehdi Məmmədov, Əlağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı və onlarla sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib.

Dünya ədəbiyyatı incilərindən F.Şillerin, V.Şekspirin əsərlərində rol alan Hamlet "Dəli yığıncağı", "İblis", "Ölülər" kimi tamaşalarda unudulmaz obrazları canlandırıb.

Bundan başqa, "Axırıncı aşırım" (Talıbov), "Arxadan vurulan zərbə" (İmaş), "Babək" (Xəlifə Mötəsim), "Bizim Cəbiş müəllim" (Kapitan), "Qərib cinlər diyarında" (Raki), "Köhnə bərə" (Raykom katibi), "Nizami" (Əbu Bəkr) kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

Aktyor Ənvər Həsənov "Yeddi oğul istərəm" filminin çəkilişləri ilə bağlı danışarkən maraqlı bir hadisəni qeyd edir:

"Qobustanda çəkiliş zamanı gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanlara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər: "Aparıb bunları lazımı quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər". Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm Elçin Məmmədov (Mirpaşa) Hamlet Xanızadənin (Gizir) ayağından tutub, ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı".

O, bütün bunları cəmi 48 illik ömrünə sığdırdı. 1990-cı il 20 Yanvar hadisələri Hamlet Xanızadəni sarsıtdı. Əməkdar artist bu qanlı olayın ağrısını özündə cəmi 13 gün gəzdirə bildi. Yaxınları deyir ki, aktyor tez-tez Şəhidlər Xiyabanına baş çəkər, saatlarla orada məzarların önündə dayanardı.

Qeyd edək ki, Hamlet Xanızadə 1990-cı il fevralın 3-də Bakıda vəfat etsə də, onun adına açılmış vikipediya səhifəsində ölüm tarixi 23 fevral kimi göstərilib.

Tarix
2016.02.03 / 16:55
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla