Yuxarı

Bu, tərbiyəsizlik, həyasızlıqdır – Rüstəmxanlı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, tərbiyəsizlik, həyasızlıqdır – Rüstəmxanlı

Bu səpkidə olan xəbərləri jurnalistlərin şəxsi həyata müdaxiləsi və həyasızlığı hesab edirəm.

Bu sözləri xalq şairi Sabir Rüstəmxanlı qızı Aydanın toy mərasiminin keçiriləcəyi tarix və məkanla bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib. O, xəbərin tamamilə əsassız olduğunu bildirib:

"Əvvəla, bu xəbər tamamilə yanlışdır – nə toyun vaxtı, nə də aparıcı ilə bağlı yayılan informasiyanın əsası var. Həmçinin, bu tip xəbərləri yayan jurnalistləri şiddətlə qınayıram. Onlar hansı haqla gənc bir ailənin həyatına bu qədər müdaxilə edirlər? Onlara kim bu haqqı verib? Bu, yalnız həyasızlıq deyil, həm də tərbiyəsizlikdir. Gənc bir ailənin nişan-toy mərasimini bu qədər gündəmdə saxlamaq, vaxtaşırı yalan-doğru xəbər yaymaq hansı əxlaqa sığır? Bu xəbərləri kim və hansı məqsədlə yayır?"

Xatırladaq ki, Sabir Rüstəmxanlının qızı Aydan müğənni Elçin Cəfərovla toy mərasiminin yeri və vaxtı barədə yalan məlumat yayılıb.

Tarix
2016.02.04 / 11:03
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla