Yuxarı

“Lütfi məni görüb saçını yolmağa başladı”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti, "Qızıl dərviş" mükafatı laureatı Lütfi Məmmədbəylinin doğum günüdür.

Axar.az xatırladır ki, Lütfi Məmmədbəyli 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. O, Teatr Texnikumunda oxuduqdan sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

Bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərən Lütfi 40-cı illərin sonunda Gənc Tamaşaçılar teatrının truppasına daxil olub. 1961-ci ildə isə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox tamaşanın rejissoru olub.

Lütfi Məmmədbəyli "Sehrli xalat" (Əli müəllim), "Qızmar günəş altında" (Xəlil), "O olmasın, bu olsun" (Sərvərin dostu) kimi sevilən filmlərdə rol alıb. O, həmçinin bir çox filmlərin – "Göz həkimi", "İtkin gəlin", "Kişilər" və başqalarının rejissorluğunu edib.

Respublikada ilk çoxseriyalı televiziya filminin rejissoru da Lütfi Məmmədbəyli olub.

Xalq artisti Rafiq Əzimov böyük sənətkarı belə xatırlayır:

"Bir dəfə tamaşada çıxışımdan sonra zalda hamı güləndə düşündüm ki, rolu çox gözəl ifa etmişəm. Sevindiyimdən nə edəcəyimi bilmirdim. Elə bilirdim ki, Lütfi müəllim gəlib məni çıxışıma görə təbrik edəcək. Amma pərdə bağlanan kimi Lütfi müəllim saçını yolmağa başladı.

Lütfi müəllim:

- Ala, o nə sözdür demisən?

- Kitabda nə yazılıb onu demişəm.

- Kitabda elə söz var?

Səhifəsinə qədər harada yazıldığını dedim. Lütfi müəllim Asya xanımdan kitabı istədi və baxdı ki, əsərdə doğrudan da həmin söz var. Amma dedi ki, həmin söz çox biədəb çıxıb. Mən üzr istədim, "bağışlayın" dedim. Lütfi müəllim əsəblə, "nə bağışlayım", - deyə qışqırdı. Amma ondan sonra Lütfi müəllim məni böyüklərin dərnəyinə üzv qəbul etdi".

Görkəmli rejissor və aktyor Lütfi Məmmədbəyli 2004-cü il fevralın 1-ində vəfat edib.

Tarix
2016.02.06 / 13:39
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla