Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Mart 2019


Kamal Abdulla: “Dünyamızın sevgiyə ehtiyacı var”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşüb.

Axar.az xəbər verir ki, iştirakçıları salamlayan akademik müxtəlif ölkələrin müəllim və tələbə heyətini Bakıda görməkdən məmnun olduğunu deyib:

"Hamını Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində salamlayıram. Sizin gəlişinizi uzun müddətdir səbirsizliklə gözləyirik. Mən Ukranya, İsveçrə, Türkiyə, Bolqarıstan, Yunanıstan və başqa ölkələrdən gələn tələbələri salamlayıram. Portuqaliyadan gələn bizim əziz qonaqlarımız bir daha sübut etdilər ki, tələbəliyin ömür müddəti olmur. Biz ömür boyu öyrənməyə məhkumuq. Artıq 2-ci gündür ki, Azərbaycandasınız. Hələ sizi Quba, Qusar və Xaçmazda tələbələr gözləyir və sizi orada gözləyən idman yarışlarının bəri başdan sevincini yaşayıram. Prezident İlham Əliyev qış məktəbi ilə tanış olanda dedi ki, gəncləri mütləq yay məktəbinə də dəvət etməliyik. Mən buradan yay məktəbinin iştirakçılarını salamlamaq istəyirəm. Onlar artıq bir dəfə Bakıda olublar.

Ümid edirəm ki, Azərbaycan Multikulturalizm fənni ilə tanışlığınız bitəndən sonra buradakı dostlarınızla ünsiyyətiniz davam edəcək. Çünki azərbaycanlı təsəvvüründə dostluq bir ömür boyu insana verilən nemətdir. Hər birimiz əl-ələ verib çalışmalıyıq ki, Azərbaycana olan maraq məhəbbətə çevrilsin. Dünyamızın məhəbbətə çox ehtiyacı var".

Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etdiyini xatırladan akademik bunun Azərbaycan xalqı üçün çox böyük əhəmiyyəti olduğunu bildirb:

"Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan edib. Bunun bizim üçün çox böyük əhəmiyyəti var. Əslində, Prezident İlham Əliyev çox böyük mesaj göndərib. Bu ili insanların bir-birinə şəfqət, məhəbbət və mərhəmət göstərməsi ili kimi qeyd etməliyik. Bu istiqamətdə Azərbaycanda əsrlərdən bəri multikulturalizm dəyərləri çox önəmli yer tutub.

İnanıram ki, Azərbaycanda olduğunuz 8-10 gün ərzində siz də bu təsəvvürlərə malik olacaqsınız".

Görüşdə Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdiyi "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı haqqında iştirakçılara ətraflı məlumat verib:

"Bu kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir kontekst daxilində toplanıb. Bu baxımdan kitabda ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir. Kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə sonsuz ehtiramın təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. Bu isə Prezident İlham Əliyevin dediyi "Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir" sözlərinin əyani göstəricisidir".

Tarix
2016.02.09 / 15:35
Müəllif
Dilarə Zamanova
Şərhlər
loading...
Digər xəbərlər

Ələtdə uşaqların Novruz səhnəciyi maraqla qarşılandı - Foto

YUNESKO məşhur alimimizin məqbərəsini... - Qərar

Sovet Azərbaycanında ilk Novruz açıqcası - Foto

Sosial xidmət müəssisəsində Novruz şənliyi - Foto

Avropanın dənizaltı restoranı Norveçdə açıldı - Foto

2500 illik gəmi tapıldı: Herodot bu barədə yazmışdı

Türkiyədə Koroğlunun nəhəng abidəsi açıldı

Sevil Əliyevadan bayram təbriki

Azərbaycanın tarixi heykəli yerindən götürüldü - Foto

ADU-da yeni mərkəzin açılışı oldu - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla