Yuxarı

Bülbül ona “ar olsun” deyən dahi haqda nə yazmışdı?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabiq prorektoru, professor Cahid Kərimovun böyük bəstəkar Üzeyir Hacıbəyli ilə korifey müğənni Bülbül haqda xatirəsi mətbuatda böyük maraq doğurub.

Axar.az bunu nəzərə alaraq bu dəfə Bülbülün Üzeyir bəy Hacıbəyli haqda yazısını təqdim edir:

"Məni bu böyük bəstəkarla Əbdürrəhim bəy Haqverdiyev tanış etmişdir. Xalq Maarif Komissarlığı nəzdindəki incəsənət idarəsinin rəisi olan Əbdürrəhim bəy Haqverdiyev "Əsli və Kərəm" operasında Kərəm rolunda çıxışımın ikinci günü öz iş otağında məni Üzeyir bəylə tanış edib dedi:

- Bu, bizim Bülbülümüzdür. Dünən Kərəm rolunda bülbül kimi cəh-cəh vurub, camaata ləzzət verdi.

O vaxt Üzeyir bəy musiqi şöbəsinin müdiri idi. Onun gözəl, cazibədar siması, iki tərəfə ayrılmış, azca qıvrım saçları, sadə və mənalı baxışları məni elə heyran etdi ki, gözümü bir an belə onun simasından ayıra bilmədim.

Üzeyir bəy mənim bu heyranlığımı duyaraq zarafatla dedi:

- Hə, istəyirsən səni tərifləyim?

Günlər keçdi ... Üzeyir bəyin əsərlərinin qəhrəmanı oldum. İkimiz də sənətə və elmə sarıldıq. Moskvada və Leninqradda olduq, görkəmli sənət adamları ilə görüşdük. Sonra mən dörd il İtaliyaya oxumağa getdim. Oradan onunla məktublaşdıq. Üzeyir bəy əsərlərini mütaliə üçün mənə İtaliyaya göndərirdi.

Üzeyir sənətinin qüdrəti orasındadır ki, bəstəkarımız Azərbaycan xalq musiqisinin, muğamlarımızın bütün incəliklərini bilir, onun məlahətini duyur, öyrənir və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı.

Aylar bir-birini qovur, illər ötüb keçir, fəsillər bir-birini əvəz edir. Bu fəsillərin ən gözəli, ürək açanı, fərəhlisi bahardır. Üzeyir yaradıcılığı, Üzeyir sənəti də baharın bənövşəsi, yasəməni, ətirli çiçəkləridir. Üzeyirin musiqisi həmişə bu çiçəklər kimi ürəkaçan olacaq, insanların ruhunu oxşayacaq, insanlarda yaşamağa, sevməyə, sevilməyə coşqun həvəs oyadacaqdır".

Qeyd edək ki, Bülbül İtaliyada olarkən bir italyan bəstəkar Üzeyir bəyin göndərdiyi not vərəqələrində bəzi işarələri başa düşməyib. Buna görə də Bülbül Üzeyir bəyə məktub yazaraq bu işarələrin mənasını soruşub. Məktubu oxuyan Üzeyir bəy Bülbülə belə bir cavab yazıb:

"Bülbül, ar olsun sənə. Bizim əlifbada heç bir əlifbada olmayan "ə", "ü", "ı", "ö" saitləri var ki, bu işarələr də onların açmasıdır. Sən bunu niyə başa düşməmisən ki? Musiqidəki fərqli səslər də, musiqinin yeniliyi də elə o işarələrdi".

Tarix
2016.02.11 / 14:26
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla