Yuxarı

Hər bir azərbaycanlını qürurlandıran anlar - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər bir azərbaycanlını qürurlandıran anlar - Video

Azərbaycan elm, idman və mədəniyyəti tarixində yaşanmış uğurlar bu gün də böyük sevinc hiss ilə xatırlanır.

Axar.az hər bir azərbaycanlını qürurlandıran 5 əlamətdar hadisəni təqdim edir:

​Tofiq Bəhramov

Azərbaycanlı hakim Tofiq Bəhramov DÇ-1966-nın final oyununda verdiyi qərarla adını dünya tarixinə yazdırıb. Almaniya və İngiltərə milliləri arasında baş tutan final görüşündə Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarı böyük etirazla qarşılanıb. Uzun illərin müzakirə mövzusu olan qol bir neçə ay öncə müasir texnologiyanın köməyi ilə təsdiqlənib.

Elnur Məmmədli

2008-ci ildə ilk dəfə Yay Olimpiya Oyunlarında iştirak edən Elnur Məmmədli rəqiblərinə qarşı böyük üstünlük nümayiş etdirərək çempion oldu. O, finalda Cənubi Koreyalı Vanq Ki-Çunla qarşılaşdı. Elnur Məmmədli rəqibini 13 saniyəyə ippona salaraq Olimpiya çempionu adını qazandı.

Avroviziya

2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən "Avroviziya" mahnı müsabiqəsi ölkəmizin qələbəsi ilə başa çatdı. 56-cı "Avroviziya" müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə 221 xal toplayaraq müsabiqənin qalibi oldu.

Elnur Hüseynov

Elnur Hüseynov 2014-cü ildə Türkiyənin TV 8 kanalında yayımlanan "O Səs Türkiyə" yarışmasının qalibi olub. O, finalda müsabiqə tarixində ən çox - bir milyon səs toplayaraq birinciliyi əldə edib.

Avropa Oyunları

Avropa Oyunları tarixdə ilk dəfə 2015-ci ildə, 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakıda keçirildi. Böyük marağa səbəb olan yarışda Avropanın 50 ölkəsindən olan idmançı mübarizə aparırdı. Turnirdə 56 medal qazanan ölkəmiz ikinci yeri tutdu.

Tarix
2016.02.15 / 23:46
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla