Yuxarı

“O, yarasa kimidir, bütün bədəni ilə...” - Bir abzas

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“O, yarasa kimidir, bütün bədəni ilə...” - Bir abzas

Axar.az-ın "Bir abzas" layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edəcəyik. Layihənin ilk həftə üçün qonağı yaxın günlərdə 62 yaşını qeyd edən Azərbaycan şairi Əlisəmid Kürdür.

Yazıçı Şərif Ağayar şair Əlisəmid Kürün yaradıcılığı haqda fikirlərini bölüşür:

"Yeni dövr şairlərindən Ramiz Rövşən və Vaqif Cəbrayılzadə ilə yanaşı sərbəstlə hecanın sərhədində yazan nadir imzalardan biri də Əlisəmid Kürdür. Əlisəmid təkcə formaca deyil, məzmunca da sərbəst olmağı bacardı. Həyat tərzində də həmyaşıdlarına nisbətən daha sərbəst, daha azad oldu. O, başlı-bütünlü klassik şair obrazına ən çox uyğun gələn müasirimizdir. Zahiri görkəmi də, səsi də bu obrazı tamamlayır. Əlisəmidin şeirlərində elə həssas məqamlar var ki, adam heyran qalır. Məncə, o, şeiri, sözü təkcə ürəyi ilə deyil, bütün bədəniylə hiss edir. Yarasa kimi... Məhz bu hissiyyatın nəticəsidir ki, uça-uça sözün ən gözəlinin üstünə qonmağı bacarır".

Əvvəlki Abzas

"Kür çayı bunu min il gözlədi" - Bir abzas

Tarix
2016.02.17 / 08:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla