Yuxarı

“Ondan heç nə soruşmaq lazım deyil” - Bir abzas

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ondan heç nə soruşmaq lazım deyil” - Bir abzas

Axar.az-ın "Bir abzas" layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edəcəyik. Layihənin ilk həftə üçün qonağı yaxın günlərdə 62 yaşını qeyd edən Azərbaycan şairi Əlisəmid Kürdür.

Tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusiflinin şair Əlisəmid Kürün yaradıcılığı haqda fikirlərini təqdim edirik:

"Əlisəmid Kür elə Kür kimidir: şairin şeirə çevrilməsi prosesi necə olur, - bunu zənnimcə, Əlisəmiddən başqa kimsə eləyə bilməz. Fransız poeziyasında bir Fransua Viyyon olub, mən Əlisəmidi ona bənzətmək istəməzdim, ancaq o da köhnə məzmunu və artıq sıradan çıxmaqda olan mətləbləri yeni donda, yeni lisanda göstərməyə cəhdlər edib. Əlisəmid şeirləri oxunmaq üçündür, həyəcanlanmaq, həyatı başa düşmək yox, başdan eləmək üçündür bu şeirlər bəlkə də, bilmirəm. Ancaq bir şey var ki, o, nə sərbəst, nə heca, nə də başqa bir forma haqqında düşünmədən yazır, nəticədə xalis poeziya doğulur, sənin ürəyində tutduğun niyyətin ritminə uyğun. Elə şeylər yazır ki, artıq şeir haqqında düşünməyəsən. Həyatda israfçı olsa da, poeziyada az yazan, yazdıqlarını saxlayan şairdir. Ondan ədəbiyyat haqqında heç nə soruşmaq lazım deyil, çünki bunların hamısını şeirlə ifadə edir".

Tarix
2016.02.18 / 08:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla