Yuxarı

“İbrahimbəyovun əsəri xeyli darıxdırıcı idi”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İbrahimbəyovun əsəri xeyli darıxdırıcı idi”

Axar.az-ın "Bir abzas" layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edəcəyik. Layihənin növbəti qonağı azərbaycanlı yazıçı, kinodramaturq Maqsud İbrahimbəyovdur.

Yazıçı Murad Köhnəqala Maqsud İbrahimbəyovun yaradıcılığı haqda bir abzaslıq fikrini bölüşür:

"Orta məktəb şagirdi idim, Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" adlı povestini oxumuşdum. Əsərin yadımda qalan süjeti təxminən belədi, deməli, yaxın dost olan iki yaşlı kişi gəncləşmək istəyir. Onlar eşidiblər ki, kərgədan buynuzunu (dəqiq yadımda deyil) hansısa maddə ilə qarışdırıb, yaxud qaynadıb gənclik iksiri almaq mümkündür. Onlar gedib zooparkdakı kərgədanın buynuzunu oğrunca kəsir, ondan özlərinə cavanlıq iksiri hazırlayırlar. Düzəltdikləri maddəni qəbul edib xeyli cavanlaşırlar. Qonşuların gözü qarşısında qəfil cavanlaşan bu qocalar gənclər kimi atılıb-düşür, voleybol oynayırlar. Qocaların qəfil gəncləşməsi və yeniyetmələr kimi dingildəməsi onları tanıyanlarda ikrah hissi doğurur. Onlar bu halları ilə çox eybəcər görünürlər. Deyəsən, yazıçı bu əsəri ilə demək istəmişdi ki, hər yaşın öz gözəlliyi var... Bir də o yadımdadı ki, əsər xeyli darıxdırıcı idi..."

Tarix
2016.02.26 / 08:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla