Yuxarı

Şahrux Xan Bakıya gəlir - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahrux Xan Bakıya gəlir - Video

Hindistanın məşhur aktyoru Şahrux Xan Azərbaycana gələcək.

Publika.az xəbər verir ki, onun Azərbaycandakı rəsmi Feysbuq səhifəsində paylaşılan videoda məşhur aktyor özü bu barədə danışıb.

Dünya şöhrətli Şahrux Xan videoda bildirib ki, bu səfəri pərəstişkarlarının arzusu ilə reallaşdıracaq:

"Dünyanı gəzmək fikrindəyəm. Görmək istədiyim ölkələr arasında Azərbaycan öndə gəlir. Azərbaycanın adı "A" hərfi ilə başlayır. "A" isə əlifbanın birinci hərfidir. Odur ki, Azərbaycana mütləq gələcəyəm".

Məşhur aktyor Azərbaycanın adı ilə bağlı başqa bir xatirəsini də bölüşüb. O deyib ki, uşaqlıqda "Atlas" oyunu oynamağı xoşlayıb. Həmin oyunlardan birində qələbəsi məhz Azərbaycanla bağlı olub. Belə ki, Azərbaycanın adını atlasda tapdığı üçün qalib olub.

Xatırladaq ki, aktyor rəqqasə Oksana Rəsulova ilə tanışdır. Onlar bir neçə tədbirdə birlikdə olub və şəkil çəkdiriblər.

Tarix
2016.03.01 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycanla bu ölkə arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla