Yuxarı

“Ondan ötrü dəhşətli dərəcədə darıxıram...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ondan ötrü dəhşətli dərəcədə darıxıram...”

Axar.az-ın "Bir abzas" layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edirik. Layihənin üçüncü qonağı Milli Kitab Mükafatı və III Nəsimi Milli Kitab müsabiqəsinin birincisi olmuş yazıçı Pərviz Cəbrayıldır.

Yazıçı, tərcüməçi Cəlil Cavanşir Pərviz Cəbrayılın yaradıcılığı haqda fikirlərini bir abzasa sığdırmağa çalışıb:

"Mərhum dostumuz Rafiq Tağı yazırdı: "Pərvizdən söz demək, türklər demiş, zor bir iş... Zaman onun yaradıcılığına insafsızlıq edib, uzun sürə onu görmək istəməyib. Heyhat, onsuz da zamanda zövq yox..." Zaman keçdikcə bu fikir təsdiqini tapdı. Pərvizin yaradıcılığını diqqətlə izləyən hər kəs razılaşar ki, ona qarşı nəinki zaman, hətta dostları, görüşəndə yaradıcılığına tərif yağdıranlar da inadkarlıqla susublar. Bəli, məncə, Pərviz Cəbrayıl ədəbiyyatımızda haqqını almayan, layiq olduğu qədər təbliğ olunmayan qələm adamlarındandır. Ədəbi tənqid, ədəbi mühit Pərvizə qarşı çox insafsızlıq edib və bu ədalətsiz yanaşma, laqeydlik hələ də davam edir. Pərvizin şeirləri, romanları, publisistikası təbliğatdan və diqqətdən kənardadır. Onun şeirlərinin də, publisistikasının da, son illərin ədəbi hadisəsi sayılacaq "Yad dildə" romanının da üstündən təkcə zaman yox, qələm adamları da, oxucular da ədalətsizcəsinə, laqeydcəsinə ötüb keçir. "Öləngi"ni, "Yad dildə"ni hansısa vəzifəli, imtiyazlı, məmurlaşmış yazıçı yazsaydı, ədəbi mühit ona tərif yağdırmaq üçün növbəyə dayanar, onun tərifini göylərə qaldırardı. Pərviz kənardan nə qədər soyuqqanlı, adamayovuşmaz görünsə də, istiqanlı, insanları sevməyi bacaran, dostcanlı və orijinal insandır. Sözsüz ki, onun yaradıcılığı da ədəbiyyatımızda özünəməxsusluğu ilə, orijinallığı ilə seçilir və fərqlənir. Əminəm ki, Pərvizə qarşı ədalətsiz davranan "zövqsüz zaman" ondan üz çevirməyəcək, ədalət bərqərar olacaq və dostumuz haqqını alacaq. Bilmirəm, bəlkə də Pərviz şöhrətdən, təbliğ olunmaqdan, gündəm yazıçısı olmaqdan özü qaçır, kənar dayanır. Hər halda, Pərvizə qarşı münasibət bir dost kimi, onun oxucusu kimi və qələm adamı kimi məni qane etmir. Amma dəqiq bilirəm ki, mən Pərviz Cəbrayılı bir dost kimi, yazıçı kimi, insan kimi çox sevirəm və son vaxtlar ondan ötrü dəhşətli dərəcədə darıxıram. Necə deyirdi Pərviz?

Gizlənqaç oynama Haqnan,

Nə böyüknən, nə uşaqnan

İçin görünür uzaqdan,

Aynalı, şüşəli adam"...

Tarix
2016.03.02 / 09:27
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla