Yuxarı

"Bu şəhərdə”nin yeni konsertindən - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bu şəhərdə”nin yeni konsertindən - Foto

"Bu şəhərdə"nin aktyorları, əməkdar artist Coşqun Rəhimovla Rafael İsgəndərov Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, "8 Maç" adlı 7 günlük konsertin ilk günü baş tutub. Konserti gənc xanəndə Elnur Zeynalov öz ifası ilə açıq elan edib.

İlk səhnəcikdə "Hər axşam" verilişi və aparıcısı Azər Axşamı parodiya edilib. Azəri Coşqun, qonağı, əməkdar artist Elnarə Abdullayevanı Rafael canlandırıb. Səhnəcikdə ölkədə yaşanan maddi böhran, qiymət artımına işarə vurulub. Şou-biznesdə yaşanan durğunluq isə "Elnarə Abdullayeva" tərəfindən dilə gətirilib.

"8 Martda hədiyyə" adlanan ikinci səhnəcikdə isə yumoristlər ər-arvad obrazını canlandırıb. Burada qadın həyat yoldaşına anaların övladlarına çəkdikləri əziyyəti qurduğu plan sayəsində başa salır. Səhnəciyin sonunda kişi həyat yoldaşının əlindən 8 dəfə öpür. Konsertin adi "8Mach" bu səhnəcikdən götürülüb.

Üçüncü səhnəcikdə Xurşidbanu Natəvan fransız yazıçısı Aleksandr Düma görüşüb. Burada həm siyasi, həm də geosiyasi məsələlərə toxunulub. Natəvan Dümaya dərs verir. Növbəti səhnəcikdə ailədaxili problemlər əks olunub. Qayınana-kürəkən münasibətlərinə yer verilib.

Əməkdar artistlər sonda toy səhnəciyi ilə səhnəyə çıxıblar. Konsert tamaşaçıların alqışları ilə sona çatıb.

Qeyd edək ki, yeddi günlük konsert martın 13-də başa çatacaq.

Tarix
2016.03.07 / 00:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla