Yuxarı

Xalq artisti: "Mənə görə çox evlər dağılıb"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: "Mənə görə çox evlər dağılıb"

Əgər kişi bir neçə həyat yoldaşı düşünürsə, hamısına eyni diqqəti göstərməlidir. Yaxşı qadının yanından kişi getməz. Qadın özü haqqında düşünəndə, həyat yoldaşını bölüşmək istəməyəndə, eqoist olur.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova "Bizimləsən" verilişində deyib. Müğənni özü ilə bağlı maraqlı etiraflar edib:

"Xanımın hər şeyə qarşı siyasəti olmalıdır. Əgər arvad həyat yoldaşının ikinci ilə münasibətinə razılıq versə, bunun davamı gələcək. Kişilər acgözdür. Mənə görə çox evlər dağılıb. Acıqca deyirəm, mən buna layiqəm. Qadın kişiyə nəvazişi, hörməti bilib, yaşatmırsa, eləsindən qaçmaq lazımdır. Yaxşı qadından, anadan, başı yerində olan kişi qaçmaz. Qızımın atası ilə yol gedirdim. Dedim ki, mənə "Vağzalı" qismət olmadı. Cavab verdi ki, "Hə, klarnetlə gedib, zurnayla qayıdanlar var". Müdrik olsan, nəyisə udsan, üstündən keçsən hə. "Sən mənə niyə xəyanət etdin" deyib, dalaşsan, heç vaxt ailə qura bilməyəcəksən. Qursan da, o ailə dağılacaq".

Tarix
2016.03.12 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla