Yuxarı

“Namus deyib, aferistlik edirsiniz…” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Namus deyib, aferistlik edirsiniz…” - Foto

Bəsdirin, mentalitet sözünü bu qədər bəsitləşdirməyin.

Axar.az xəbər verir ki, bu sözləri aktirsa Pərvin Abiyeva geyimlərinə tutulan iradlara cavab olaraq İnstaqram səhifəsində yazıb. O, 1976-cı ilə aid bir foto paylaşaraq, Sovet dönəmində də insanların belə geyimlər geydiyini bildirib:

"1976-cı il bizim analarımız, nənələrimiz və 2016-cı il. Hələ o vaxtı onlar bu qədər azad düşüncəli və müasir olarkən, məktəbə belə bu cür qısa ətəklərdə gedərkən, sizə nə olub? Nə vaxta kimi Azıx mağarasında imiş kimi davranacaqsınız? Real həyatda min hoqqadan çıxıb, İnstaqramda namus, qeyrət dəllalı kəsilmisiz başımıza? Onda gedək analarımıza deyək ki, bu nə geyimdir geyinmisiz? Atamız sizi nə adla alıb, namussuz olmusuz? Heç kim deməsin ki, mənimki geyinməyib! Elə hamının anası da, nənəsi də geyinib. Çünki o vaxtın modası belə olub. Bu o deməkdir ki, bu qadınlar hamısı namussuzdur? Ərinməyəm, mənə burada gic-gic yazan qız, ya oğlan, fərqi yoxdur, hamısının həyatını araşdıram, bütün zibillərini tökəm ortalığa, biabir eləyəm Azərbaycanla bir. Son vaxtlar hansı sayta, şəklə, səhifəyə baxırsan, hamı mentalitetdən danışır. Hamı hamını "mentalitetimiz" deyib qınayır. Bəsdirin ey, bəsdirin, mentalitet sözünü bu qədər bəsitləşdirməyə haqqınız yoxdur. Hamı öz keçmişinə və indiki həyatına baxsın, sonra İnstaqramda şirə dönsün. Biz məşhurların bütün həyatı sizin gözünüzün qabağındadır, açıq-aşkar hər şeyi yaşayırıq, amma sizlərin necə yaşadığını heç kim bilmir, ona görə də təhqirdən, "namus" deyib aferistlik etməzdən qabaq güzgüyə baxın!"

Tarix
2016.03.20 / 15:23
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla