Yuxarı

Klintonun bir naharı üçün inanılmaz məbləğ

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klintonun bir naharı üçün inanılmaz məbləğ

ABŞ prezident seçkisinə namizəd Hillari Klinton və kampaniyasını dəstəkləyən Corc Kluniylə yemək 352 min 400 dollara başa gələcək.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Hillari Zəfər Fondu aprelin 15-i Hillari Klintonu seçiciləri ilə görüşdürəcək bir nahar təşkil edəcək. Yeməyə Corc Kluni və həyat yoldaşı, vəkil Amal Kluni də qatılacaq. "Politika" saytı naharda iştirak üçün ən aşağı məbləğin San Fransiskoda yaşayan bir vətəndaşın gəlirindən 4 dəfə çox olacağını yazıb.

Tədbir iş adamı Şervin Pişəvarın San Fransiskodakı evində təşkil olunacaq. İanəçilərə göndərilən məktubda Corc və Amal Klunilərin qatılacağı tədbirə dəstək verilməsi xahiş olunur.

Partnyorunuzla birlikdə təşkil ediləcək "dəyirmi masa" müzakirəsinə sədrlik etmək baha başa gələrsə, qonaqları qarşılamaq üçün 100 min dollar verərək kampaniyaya dəstək ola bilərsiniz.

Hillari Klintonla şəkil çəkdirmək isə 33 min 400 dollara başa gələcək.

Qeyd edək ki, Klintonun kampaniyasına dəstək olmaq istəyən şəxslər azı 2 min 700 dollar ianə ödəməli olacaq.

Tarix
2016.03.25 / 18:04
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla