Yuxarı

Bakıda heykəli niyə cilalayırlar? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda heykəli niyə cilalayırlar? - Video

Bakı şəhərində hansısa səbəbdən heykəlləri cilalayırlar.

Kult.az xəbər verir ki, bununla bağlı tanınmış memar Elçin Əliyev Feysbuk hesabında paylaşım edib.

Memar bunun yolverilməz olduğunu vurğulayıb.

Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Oxu.az-a açıqlamasında bunun böyük bir layihənin başlanğıcı olduğunu bildirib.

O qeyd edib ki, sakinlərin narahatlığını başa düşür:

"Əslində bu, böyük bir layihənin başlanğıcıdır. Qara Qarayevin abidəsinin heykəl və plint hissəsi sınmış və təbii təsirlərə məruz qalaraq keyfiyyətini itirmişdi. Ona görə restavrasiya işlərinə başlanılıb. Yenilənmə üçün müəyyən yumşaq cilalanma aparılır. Qeyd edək ki, bu, ilk restavrasiya deyil, bundan öncə M.Ə.Sabirin heykəli ilə bağlı çox peşəkar restavrasiya işləri aparılıb. Bu proseslər özəl şirkət və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Mədəniyyət Nazirliyi tərəfindən işə mütəxəssislər cəlb edilib.

Bu mütəxəssislərin içərisində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanda çox nadir sənət növlərindən olan heykəltaraş-bərpaçı Fərman Qasımov və heykəltaraş Orxan Nəbizadə də var. Onların rəyi əsasında bu bərpa işi aparılır. Sözügedən videogörüntüdəki proses isə yumşaq üsullu cilalamadır".

Tarix
2024.07.22 / 17:48
Müəllif
Kult.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla