Yuxarı

Dünyanın gedişatını dəyişmiş kitablar - Siyahı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın gedişatını dəyişmiş kitablar - Siyahı

İstər bədii, istərsə də elmi əsərlər insanların həyatını, baxış bucağını dəyişə biləcəyi kimi, qərar vermə mexanizmlərini də idarə edə bilir. Ədəbiyyatşünas Miriam Tuliao 30 kitabdan ibarət "Dünyanın gedişatını dəyişən kitablar" adlı siyahı hazırlayıb.

Axar.az bu siyahıda diqqət çəkən 10 kitabı təqdim edir.

"Ezop nağılları" - Ezop

"Ezop nağılları" oxuculara həyat haqqında nəsihət verən hekayələrdən ibarətdir.

"Analektlər" - Konfutsi

Konfutsinin öyrətdiklərinə söykənən "Analektlər"də fəzilətli ömür sürmək və insanları kübar olmağa səsləyən fikirlər yer alıb.

"Gənc qızın gündəliyi" - Anna Frank

İlk nəşrindən bu günə qədər 60-dan çox dilə tərcümə edilən "Gənc qızın gündəliyi" İkinci Dünya müharibəsinin izlərindən bəhs edən ən uğurlu kitablar arasında yer alıb.

"Müharibə sənəti" - Sun Tzu

E.ə. 600-500 illər arasında yazıldığı zənn edilən kitab 13 bölümdən ibarətdir və hər bölümdə müharibə taktikaları haqda məlumat verilir.

"Kommunist Partiyasının Manifesti" - Karl Marks və Fridrix Engels

Sinfi qarşıdurma və kapitalizmin problemlərinə dair cavablar axtaran "Kommunist Partiyasının Manifesti"nin "Bütün ölkələrin proletarları, birləşin!" şüarı Avropada, Amerikada və Rusiyada bir çox fəhləni təsirləndirib.

"Təcrübələr" – Mişel de Monten

Fransada renessansı başladan kitab kimi qəbul edilən "Təcrübələr" Montenin müxtəlif əxlaqi mövzularda düşüncələrindən bəhs edən bir kitabdır.

"Xirosima" - Con Hersey

Yazıçı Con Hersey tərəfindən qələmə alınan kitabda atom bombasından xilas olan 6 nəfərin hekayəsindən bəhs edilir.

"Azadlıq üstündə" - Con Stüart Mill

Müasir dövrümüzdə siyasi elmlər üzərində təsirini göstərən "Azadlıq üstündə" 1859-cu ildə ingilis mütəfəkkir Con Stüart Mill tərəfindən qələmə alınıb.

"Növlərin mənşəyi" - Çarlz Darvin

Darvinin 19-cu əsrdə ən önəmli kəşflərindən olan təkamül nəzəriyyəsindən bəhs edən kitab yayımlandığı zaman diqqəti cəlb etməsə də, bir müddət sonra elm dünyasını dərindən sarsıdıb və müasir təkamül nəzəriyyəsinin yaranmasında zəmin rolu oynayıb.

"Təbiət fəlsəfəsinin riyazi prinsipləri" - İsaak Nyuton

3 cildlik kitab Nyutonun hərəkət qaydalarından bəhs edir və elm tarixinin ən qiymətli kitabları arasında göstərilir.

Tarix
2016.04.01 / 08:15
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla