Yuxarı

Ermənilər Kremli dəli etdi: Bu, saxtakarlıqdır, həyasızlıqdır!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni həyasızlığı və tarixi saxtalaşdırması artıq Rusiyanı belə hövsələdən çıxarıb.

Kult.az xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilib.

Belə ki, Rusiya XİN Ermənistanda orta məktəb dərsliyindəki tarixi saxtalaşdırmaya qəti şəkildə etiraz edib:

“Moskva Ermənistan hakimiyyətinin XVIII əsrin sonu və 19-cu əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hadisələri təhrif edən VIII siniflər üçün tarix dərsliyinin məktəblərə köçürülməsinə icazə verməyəcəyini gözləyir”.

Bildirilib ki, bu dərsliyin fəsillərindən birində “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” təxribatçı başlığı altında 1826-1828-ci illər Rusiya-İran müharibəsinin nəticələrinə dair qiymətləndirmələrə yenidən baxılıb, Türkmənçay sülhü isə “Şərqi Ermənistanın ilhaqı” adlandırılıb.

“Ümid edirik ki, Ermənistan hakimiyyəti bu cür dərsliyin məktəblərə köçürülməsinə imkan verməyəcək, həmçinin ümumi keçmişimizi təhrif etmək üçün bu cür qeyri-təbii cəhdlərə göz yummayacaq”, - Rusiya XİN vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, ciddi mənbələri, o cümlədən erməni mənbələrini oxusanız, yaxın vaxtlara qədər respublika dərsliklərində “erməni dövlətçiliyinin gələcək bərpası üçün çox böyük əhəmiyyətə malik” kimi qiymətləndirilən 1828-ci il sülh müqaviləsinə tamamilə fərqli yanaşmalar görə bilərsiniz:

“Bu halda söhbət ümumi tariximizi yenidən yazmaq üçün növbəti həyasız cəhddən gedir. Qərb təbliğatının və siyasi mühəndisliyinin ən yaxşı ənənələrində ağı ayrı-ayrı erməninin “yüngül əli” ilə qara adlandırırlar - xüsusilə canfəşanlıqla öz sponsorlarının rəğbətini qazanmağa çalışan fiqurlar.

Bu cür formulaların tətbiqi Ermənistan rəhbərliyinin tarixi yaddaşın qorunması sahəsində üzərinə götürdüyü öhdəliklərə birbaşa ziddir. Belə ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın 19 aprel 2022-ci il tarixli birgə bəyanatında deyilir: “Tərəflər ümumi keçmişə ümumi yanaşmaları saxlamaqla, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasına və tarixin saxtalaşdırılmasına qarşı mübarizəni davam etdirmək niyyətindədirlər”.

Qeyd edək ki, 1828-ci ilə qədər Cənubi Qafqazda ümumiyyətlə erməni dövlətçiliyi olmayıb. Türkmənçay sülh müqaviləsinə Rusiya imperiyası ermənilərin İrandan köçürülməsi bəndini salıb və 1829-cu ildən başlayaraq, erməniləri İrəvan və Qarabağ xanlığının ərazisinə kütləvi şəkildə köçürməyə başlayıb. Rusiya imperiyasının məqsədi Azərbaycanla Türkiyə arasında “bufer-zona” – özünə sadiq xristian erməni muxtariyyəti qurmaq olub və yüzillərlə davam edən bu niyyətini Türkmənçay müqaviləsi ilə rəsmiləşdirərək, həyata keçirib.

Alban kilsələrinin qriqoryanlaşdırılması, ermənilərə verilməsi, etnik xristian albanların erməniləşdirilməsi prosesini də sərəncam və qanunlarla “tənzimləyən” Rusiya imperiyası 19-cu əsrin sonunda artıq ermənilərə dövlət yaratmaq yolunda əhəmiyyətli irəliləyiş əldə etmişdi.

Nəticə etibarilə Rusiya Azərbaycanın qərb torpaqlarında Ermənistan adlı dövlətin yaradılmasını təşkil edib və bu zaman təpədən dırnağa silahlandırdığı ermənilərin dinc azərbaycanlılara qarşı qətliam və soyqırımlarına gen-bol şərait yaradıb. 1918-20-ci ildə 9,9 min kv.km-da qurulan Ermənistanı daha sonra Azərbaycan torpaqları hesabına böyüdərək, İranla sərhədə qədər genişləndirib və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında torpaqları da – Zəngəzuru – qopararaq, ermənilərə bağışlayıb.

Rusiya uzun onilliklər ərzində qurduğu qondarma, yalançı erməni dövlətinə “tarix yazmağı” da unutmayıb və ermənilərin onillərlə tarixi saxtalaşdıraraq, bu ərazilərin “qədim xalqı” olduğu nağıllarını əsaslandırmalarına yardım edib, torpaq kimi, tarix, mədəniyyət, mətbəx, musiqi – hər bir şeyi oğurlamasına can-başla dəstək verib.

Və indi bu qondarma, Rusiyanın imperiya maraqlarının xidmətçisi olaraq yaradılan Ermənistan artıq Rusiyanı 1828-ci ildə “Şərqi Ermənistanı işğal edən” ölkə kimi göstərir.

Saxtalaşdırma dərsi keçdiyi ermənilər indi eyni saxtakarlıqla Rusiyanın üzünə dururlar və Rusiya bunu yalnız indi öz adı ilə - “həyasızlıq” adlandırır. Halbuki bu həyasızlıq, saxtakarlıq və tarixi saxtalaşdırma 200 ildir davam edir və erməniləri buna Rusiya imperiyası, hazırkı Rusiya öyrədib!

Tarix
2024.08.16 / 00:01
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?

XİN rəhbəri Qətərin yeni səfiri ilə görüşdü

Rəsmi Bakıdan Fransaya: Buna ixtiyarınız yoxdur!

Ceyhun Bayramov xanım səfirlə görüşdü - Foto

Babayanın Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı

Sərhədimizdə qarşıdurma gözlənilir - Bakı diqqətlə izləyir

Muxtar Babayev Vuçiçlə görüşdü - Foto

Bu sülh quruculuğu prosesinə təhdiddir - Bayramov

Bu ərazilər Azərbaycana qaytarılacaq - Detallar...

Daha bir partiya sədri istefa verir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla