Yuxarı

Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olundu

15:06

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kult.az Report-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xalq artisti tərcümeyi-halını səsləndirib. O, hüquqlarının müqavilə əsasında müdafiə edən vəkilin prosesə qoşulmasını istəyib. A.Ağayev dövlət hesabına ona təyin edilmiş vəkildən imtina edib.

Məhkəmə dövlət hesabına təyin olunan vəkilin prosesdə iştirakına xitam verib.

Ağadadaş Ağayev jurnalistlərin sualların cavab olaraq bildirib ki, artıq səhhəti normaldır, ona görə də prosesdə iştirak edir. Xalq artisti "qarşı tərəflə barışıq ola bilərmi?" sualına cavab olaraq, "hər şey ola bilər", deyib.

Nurəddin Cəlilovun müdafiəçisi məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, Ağadadaş Ağayevin atdığı balta təkcə onun yox, orada olan digər insanların həyatına da təhlükə yarada bilərdi.

"Ağadadaş Ağayevin əməlində daha ağır cinayət var. Ona görə də iş ibtidai istintaqa qaytarılmalı və təqsirləndirilən şəxsə daha ağır ittiham verilməldiri", - vəkil bildirib.

Müdafiəçinin ikinci vəsatəti A.Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.

Dövlət ittihamçısı zərərçəkən Nurəddin Cəlilovun vəsatətlərinin təmin olunması ilə bağlı hər hansı bir əsasın olmadığını bildirib.

Müşavirədən sonra hakim vəsatəti təmin etməyib.

Həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb.

Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Tarix
2024.11.14 / 16:01
Müəllif
Kult.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla