Yuxarı

İranda Azərbaycan əleyhinə “təqdimat”: Görün, kimlər qatıldı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-da Tehranın “Azlıqların Hüquqları üzrə Araşdırma Mərkəzi”ndə antiazərbaycan və ermənipərəst mövqeli ekspert Dr. Əhməd Kazıminin “Beynəlxalq hüquq aspektindən Azərbaycan Respublikasında azlıqların hüquqları” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, kitabla bağlı müəllifin verdiyi informasiyalar və onun müvafiq sahədə uzun illərdir davam edən antiazərbaycan fəaliyyətləri kitabın Azərbaycanın milli təhlükəsizliyi və suverenliyi əleyhinə çağırışlar ehtiva etdiyini nümayiş etdirir.

​Təqdimat mərasimi ilə əlaqədar keçirilmiş “elmi konfrans”da “İran Tatşünaslıq Assosiasiyası”nın rəhbəri Abbas Rəhmani, “Tehranda Məskunlaşan Talışların Assosiasiyası”nın sədri Məcid Neməti Siyahməzgi, Tehranın Azad İslami Universitetinin Xarici dillər kafedrasının erməni əsilli müəllimi Andranik Simonyan, “Qafqaz Araşdırmaları Fondu”nun icraçı direktoru Cəfər Xaşe, İran ermənilərinə məxsus “Hur Tərcümə və Tədqiqat İnstitutu”nun İdarə Heyətinin rəhbəri İsak Yunansiyan, dosent Hadi Rəhmani Səid, Avrasiya və media üzrə aparıcı tədqiqatçı Həsən Behiştipur və kürd milləti üzrə araşdırmaçı Cəfər Əbdülmülki kimi antiazərbaycan simalar iştirak ediblər. Müxtəlif millətlərdən olan sözügedən “ekspertlər”in “simvolik olaraq” tədbirə dəvət edilməsi “həmin millətlərin nümayəndələrinin Azərbaycanda yaşaması” ilə əlaqələndirilib.

Kitab və təqdimetmə mərasimi ilə bağlı rəsmi İRNA və “Mehr” agentlikləri, eləcə də İranın Məhkəmə Sisteminə aid “Mizan” informasiya resursu geniş məlumatlar yayıblar.

​Ə.Kazımi kitabı Azərbaycan Respublikasında “etnik, din, dil və milli azlıqlar daxil olmaqla” 4 qrup “azlıq” üzrə yazdığını bildirib. Kitab 4 hissə, 16 fəsil və 608 səhifədən ibarətdir. Müvafiq beynəlxalq hüquq və konvensiyalara “istinad edən” müəllif Azərbaycan Respublikasını etnik və dini azlıqlara qarşı “sistematik diskriminasiya və mədəniyyət soyqrımı həyata keçirmək”də ittiham edib. Müxtəlif dillərdə mənbələrlə yanaşı, Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi 5 il ərzindəki “təcrübəyə də əsaslandığı”nı deyən Ə.Kazımi kitabda “yaşamaq hüququ, kollektiv kimlik hüququ, mədəni hüquqlar, dini hüquqlar, linqvistik hüquqlar, iqtisadi hüquqlar, əlaqə hüququ, effektiv iştirak hüququ, bərabərliyə əsaslanan inteqrasiya hüququ və öz müqəddəratını təyin etmə hüququ” kimi mövzulara toxunduğunu qeyd edib. Kitabda “öz müqəddəratını təyinetmə hüququ” bu zəmində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hədəflənmiş əsas aspektlərdən biridir.

​Ə.Kazımi kitabda Azərbaycan Respublikasının “diskriminasiya siyasəti”nə əsasən azlıqları iki qrupda - “seçilmiş” və “adi” azlıqlar qismində kateqoriyalaşdırıb. Türk əsilli xalqları və yəhudilər kimi dini azlıqları “seçilmiş” azlıqlara daxil edib, digər etnik azlıqları və şiə məzhəbinə etiqad edənləri “adi” azlıqlar (? – red.) kateqoriyasında qruplaşdırıb. Azərbaycan hökumətinin “adi” azlıqlara qarşı “mövcudluq hüquqlarından tutmuş sistematik olaraq etnik təmizləmə və mədəniyyət soyqrımı həyata keçirməklə” onların “hüquqlarını kəskin şəkildə pozduğu”na dair dezinformasiya və ittihamlara yer verib.

Ə.Kazımi azərbaycanda etnik və dini düşmənçilik zəminində ədavət, parçalanma və iğtişaşları qızışdırmaq məqsədilə yazdığı kitabda ölkədə “panazərizm”, “pantürkizm” və “panturanizm” ideologiyalarının yayılması ilə paralel olaraq “şiə izlərinin silinməsi” prosesinin cərəyan etdiyini iddia edib.

Müəllif həmçinin kitabın ərsəyə gətirilməsi ilə bağlı etdiyi çıxışda Azərbaycanda Çar Rusiyası və Sovet imperiyası dövründə olduğu kimi, azlıqlarla bağlı məlumat “çatışmazlığı” və mövcud olan məlumatların “saxtakarlıq” və “nifrət aşılayan məzmunla” dolu olduğuna dair xoşagəlməz fikirlərə də yer verib.

Tarix
2025.01.21 / 11:01
Müəllif
Kult.az
Digər xəbərlər

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla