Yuxarı

Əməkdar artistdən ürək dağlayan sözlər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməkdar artistdən ürək dağlayan sözlər

Allahım, çox şükür! Övladım qardaş ölkəmizin Baxçaşəhər Universitetinin magistr pilləsini uğurlu nəticələrlə bitirdi.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova yaşadığı çətin günlər haqda Feysbuk sosial şəbəkəsində yazıb. O, qızı Aynişanın uşaqlığı ilə bağlı xatirələrini də bölüşüb:

"Balam körpə olanda oturdum üzü qibləyə və Allahımla danışdım. "Ey böyük yaradan, sən bu körpəni atasız qoydun, amma sənsiz buraxma, onu pənahında saxla. Məni dosta, düşmənə möhtac eləmə", - deyib, hönkürərək ağladım. Birdən Aynişan o biri otaqdan hönkürtümə gəldi. 2-3 yaşı var idi. Gəlib "Ana, niyə ağlayırsan? Xalidə görə ağlayırsan... O gələcək", - dedi. Ondan sonra söz verdim ki, bir də ağlamayım. Çox əziyyət çəkdim, amma heç kəs bilmədi. Özümə söz vermişdim ki, balamı yüksək təhsillə təmin edəcəyəm. Gecə-gündüz bir söz deyirdim: "Qızım, dərslərini yaxşı oxumalısan, atana borcum var..."

Çox sağ ol, qızım. Məni atanın qarşısında utandırmadığına görə. Hazırda bu yazını göz yaşlarımda boğularaq yazıram. Amma budəfəki göz yaşları sevinc yaşlarıdır. Həyatım, nəfəsim, bütün varlığım. Bir qarnı ac-bir qarnı tox günlərimin əzabına dözmüsən. Bəlkə də başqaları sənin sarayda, yağ, bal içində böyüdüyünü təsəvvür edib. Amma sən ananın xəstəxana yatağının başında boynuna sarılaraq, ana, ölmə, deyə, yalvararaq böyümüsən. Bu günə çox şükür, körpəm. Artıq ali təhsilini də başa vurdun, ananı sevindirdin. Allah da səni sevindirsin, qızım. Atan da çox sevinir, bilirəm..."

Qeyd edək ki, əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 1992-ci il iyulun 10-da Qarabağda gedən döyüşlərdə şəhid olub.

Tarix
2016.06.10 / 11:48
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla