Yuxarı

Gəncədə ölkənin ən böyük kitab mağazası açıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ikinci sənaye və mədəniyyət paytaxtı olan Gəncədə "Gəncəçay" Park-bulvar Kompleksinin ərazisində istifadəyə verilən "Kitab evi" kitab satışından da çox mütaliənin təbliğinə xidmət edir.

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycanın ən böyük "Kitab evi"nin açılışı münasibəti ilə keçirilən tədbirdə səsləndirilib. Qeyd olunub ki, günü-gündən abadlaşan Gəncə şəhərində müasir üslubda inşa edilən "Kitab evi" mağazası Gəncə sakinləri üçün dəyərli töhfədir. Açılış mərasimində iştirak edən Gəncə şəhər icra başçısı Elmar Vəliyev iştirakçıları salamlayaraq 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırıb, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığını qeyd edib.

Daha sonra Gəncə Ədəbi mühitinin dünayaya bəxş etdiyi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi böyük mütəfəkkirlərin vətənində regionun ən böyuk "Kitab evi"nin açılmasının heç də təsadüfi olmadığını vurğulayıb və buranın ziyalıların, ictimaiyyət nümayəndələrinin, xüsusən də gənclərin sevimli məkanına çevriləcəyinə əminliyini ifadə edib.

Fəaliyyətini "Kitabevim.az" layihəsi üzərində quran bu kitab mağazası digər kitab mağazalarından xeyli fərqlənir. Açılış mərasimində bu haqda iştirakçılara ətraflı məlumat verən "Kitabevim.az" layihəsinin rəhbəri filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq qeyd edib ki, Gəncədəki yeni kitab evinin özəlliyi burda Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə minlərlə kitabın yer alması və müxtəlif guşələrin olması oxucuların mütaliəsinə geniş imkanlar yaradacaq. "Qoy-götür" və "Bukinist" şöbələrinin gənclərin mütaliə həvəsini xeyli artıracağını vurğulayan layihə rəhbəri mağazada istifadəçilərin sərbəst mütaliəsi üçün şərait yaradıldığını da vurğulayıb. Bildirilib ki, "Qoy-götür" şöbəsinin üstünlüyü onun oxucular tərəfindən təmin olunmasıdır, yəni oxucu bura bir kitab hədiyyə etməklə "Kitab evi"nin üzvünə çevrilir. Bundan sonra isə o, tək şəxsiyyət vəsiqəsini təqdim etməklə istənilən vaxt istədiyi kitabı götürüb oxuya və müəyyən müddətdən sonra geri qaytararaq mütəmadi olaraq digər kitabları seçə bilər. "Bukinist" guşəsində isə oxucular nəşr ili çox köhnə olan nadir və orijinal kitablarla tanış olmaq və onları əldə etmək imkanı qazanacaqlar.

"Kitab evi"ndə gənclərin və məktəblilərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün kitab-kafe, müxtəlif multimedi vəsaitlərindən və elektron kitablardan istifadə imkanları nəzərdə tutulub. Eyni zamanda "Günün, həftənin, ayın kitabı" adlı guşələr oxucular üçün çox böyük güzəştlərlə təklif olunacaq. Gənclərdə kitaba marağı artırmağı daha çox hədəfə aldıqlarını vurğulayan layihə rəhbəri tələbələrin ilboyu tələbə biletlərini təqdim etməklə 15-25 faizlik endirimlərdən yararlana biləcəklərini deyib.

Tədbirdə diqqətə çatdırılıb ki, Gəncədə yeni istifadəyə verilən "Kitab evi" Azərbaycan yazarlarının imza və kitab təqdimatı mərasimlərinin keçiriləcəyi ən maraqlı məkanlardan birinə çevriləcək.

Qeyd edək ki, "Kitab evi" hər gün səhər saat 9-dan axşam saatlarınadək kitabsevərlərin ixtiyarında olacaq. "Kitab evi"nin fəaliyyətə başlaması münasibətilə iyunun 18-dən 1 iyul tarixinə qədər bütün kitablara 15-25 faizlik endirim kompaniyası nəzərdə tutulub.

Tarix
2016.06.16 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla