Yuxarı

Əl-Cəzirə Tərtərdən reportaj hazırladı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əl-Cəzirə Tərtərdən reportaj hazırladı

“Əl-Cəzirə” telekanalı Azərbaycanın Tərtər rayonundan növbəti reportajı yayımlayıb.

Axar.az xəbər verir ki, kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri rayon sakinlərindən birinin həyətində çəkiliş aparıb.

Reportajda deyilir ki, ev ermənilərin ağır artilleriya hücumu nəticəsində dağılıb. Evin sakinləri isə müvəqqəti olaraq yaxınlıqdakı məktəb binasına sığınıblar.

Reportajda rayonda məskunlaşmış məcburi köçkünlərdən müsahibələr də yer alıb. Bildirilir ki, onların doğma torpaqları 30 ildir Ermənistanın işğalı altındadır.

Qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan hücumları nəticəsində Tərtərdə xeyli ailənin evlərinə ziyan edib. Buna baxmayaraq onlar öz yaşayış yerlərini tərk etmirlər.

Reportajda Azərbaycanın mülki əhalisinin, mülki obyektlərinin hədəfə alındığı, məktəblərin, evlərin, hətta xəstəxanaların zərər gördüyü, onlarla ölən və yaralananların olduğu qeyd edilir. Sakinlər isə deyirlər ki, ermənilərin hücumları onları qorxutmur. Ümumiyyətlə, azərbaycanlıların əhval-ruhiyyəsinin yüksək olduğu, yüzlərlə gəncin orduya yazıldığı diqqətə çatdırılır.

Tarix
2020.10.03 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik, amma...

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla