Yuxarı

Düşməni sarsıdan qəhrəman qardaşlar - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tarixinə elə payızın rəngi ilə qızılı hərflərlə yazılan Qələbənin qazanılmasında İbrahimovlar qardaşlarının da payı var. Elnur PDM-2-nin, Elçin isə T-72 tankının komandiri olaraq düşmənə ağır zərbələrin vurulmasında iştirak ediblər. Qəhrəman qardaşların döyüş təəssüratlarını öyrənmək üçün əməkdaşımız İbrahimovlarla həmsöhbət olub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, yeniyetmə çağlarından vətənpərvərliyi ilə seçilən hər iki qardaş hərbçi olmaq arzusu ilə yaşayıb. Qardaşlar hərbi xidməti başa vurduqdan sonra gizir kursunu bitirib və Vətənin keşiyində dayanıblar. Hər ikisinin də bir amalı olub - torpaqlarımızı işğaldan azad etmək.

Nə az, nə çox, yeddi ildir ki, Vətənin keşiyində dayanan gizir Elnur İbrahimov bu gün özünü xoşbəxt hiss edir. Çünki bu Zəfər yürüşündə Elnurun düşmənə vurulan zərbələrdə əvəzsiz xidmətləri var.

Qəhrəmanımız şərəfli döyüş yolundan qürurla danışır: “İllərdir torpaqlarımızı azad etmək arzusu ilə yaşayırdıq. Nəhayət Vətən müharibəsində bu arzunu reallaşdırmaq bizlərə nəsib oldu. Həsrətində olduğumuz yurd yerlərimizi azad etmək üçün Füzuli istiqamətindən döyüşlərə girdik. Böyük ruh yüksəkliyi ilə döyüşürdük. Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdik. Üç ədəd döyüş maşını və bir ədəd hava hücumundan müdafiə təyinatı olan texnikanı qənimət götürdük”.

Qəhrəmanımız Füzulidən sonra Cəbrayıl istiqamətində döyüşlərə qoşulub, Hadruta qədər irəliləyib. Daha sonra Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edib. Növbəti tapşırıq isə Laçını azad etmək idi. “Noyabrın 9-u gecə Laçına daxil olmaq üzrə idik ki, düşmən təslim oldu, bəyanat imzalandı. Böyük qürur duyuram ki, Zəfər yürüşündə mənim də payım var”, - deyə o vurğulayır.

Elçin İbrahimov isə tank komandiri kimi düşmənin məhv edilməsində böyük şücaət göstərib. Lakin təəssüf hissi keçirir ki, tez yaralanıb. Qazimiz döyüş əmri gələndə şanlı bayrağımızı üzərində əmanət olaraq götürüb. Çünki o, bütün torpaqlarımızı azad etmək və bayrağımızı azad edilən rayonlarımızda dalğalandırmaq arzusu ilə yaşayıb. Bu, ona qismət olmasa da, döyüşçü yoldaşları həmin xoşbəxt anı təkcə Elçinə deyil, bütün Azərbaycan xalqına bəxş etdi.

Vətən müharibəsinin üçüncü günü yaralanan Elçin deyir ki, döyüş əmri gələndə çox seviniblər: “Tanklarımızı işə salaraq Füzulidə düşmənin illərdir qurduğu sədləri yarmağa başladıq. Bir saat keçmədi ki, biz ikinci eşalonu yardıq. Düşmən beton piltələrlə sədd yaratmışdı, elə bilirdilər ki, bu maneələri keçmək olmaz. Onlara necə lazımdı cavab verdik və erməni faşistlərini torpaqlarımızdan çıxardıq. Ağır döyüşlərimizdən biri Füzuli istiqamətində, Yastı təpə yüksəkliyi uğrunda oldu. Həmin ərazidə düşmən mövqe tutaraq döyüşçülərimizi mühasirəyə almağı planlaşdırırdı. Yastı təpəyə tankla çıxdım və kəşfiyyatçılarımız o yüksəklikdə möhkəmləndi. Növbəti tapşırıq zamanı tankımız minaya düşdü, sürücü mexanik ağır yaralandı. Mən də yaralandım, amma yaram yüngül olduğu üçün döyüşə davam etdim. Biz digər bir tanka sursat yükləyib döyüşə hazırlaşarkən düşmən minaatanlarla bizi hədəf aldı, şəhidlərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qalib ordunun qazisi olaraq qürur hissi yaşayan Elçin indi tezliklə sağalmağı, yenidən Vətənin keşiyində dayanmağı səbirsizliklə gözlədiyini deyir.

Qeyd edək ki, qardaşlardan biri - tank komandiri olan Elçin İbrahimov “Cəsur döyüşçü” və “Füzulinin azad edilməsi uğrunda” medalı ilə təltif edilib.

Tarix
2020.12.31 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla