Yuxarı

Şamaxıda 4 min ev məhv oldu, 2 min sakin öldü - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda 4 min ev məhv oldu, 2 min sakin öldü - Foto

Bu gün Şamaxı şəhərində baş verən dəhşətli zəlzələnin 120-ci ildönümüdür.

Kult.az xəbər verir ki, zəlzələ 1902-ci il yanvar ayının 31-də, gündüz saat 12 radələrində baş verib. Zəlzələ zamanı bu qədim şəhər tamamilə dağılıb, ən unikal tarixi abidələr yerlə-yeksan olub.

O zamanın bir sıra mediası bu təbii fəlakəti “Qiyamət günü” ilə müqayisə edirdi. Məlumata görə, bu zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək sakin evsiz qalıb, şəhərdəki 5 min evdən 4 mini, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim Şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan yerlə bir olub.

Şamaxı qəzasında yerləşən 126 kənddə 3.000-dən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılıb.

Qeyd edək ki, bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan “Niva” adlı dərginin 97-ci sayında əks olunub. Hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanılır.

Tarix
2022.01.31 / 00:12
Müəllif
Kult.az
Digər xəbərlər

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla