Yuxarı

“Qarabağ” bu gün qalib gələ bilərmi? - Ekspert

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” bu gün qalib gələ bilərmi? - Ekspert

“Qarabağ” və “Nyukasl” komandaları arasında güc nisbəti qeyri-bərabərdir. “Nyukasl” dünyanın ən yaxşı liqasını təmsil edir və bir milyarda yaxın büdcəsi var. “Qarabağ” isə “Nyukasl”ın yanında hər baxımdan zəif görünür.

Bu sözləri Axar.az-a açıqlamasında idman jurnalisti Ceyhun Rzayev Çempionlar Liqasının pley-off mərhələsinin ilk turu çərçivəsində “Qarabağ” və “Nyukasl” arasında bu gün baş tutacaq matç barədə danışarkən deyib.

Onun sözlərinə görə, “Qarabağ” əsl Avropa döyüşçüsüdür:

“İllərdir avrokuboklarda çıxış edir. Bu mövsüm həqiqətən yaxşı təsir bağışlayır. Nəzərə alaq ki, “Nyukasl” dünən gecə Bakıya yorğun gəlib və oyun saatına kimi tam bərpa olmaya bilər. Mühitə uyğunlaşmaq və s. məsələlər var.

Eyni zamanda, hücumu əzəmətli görünsə də, cinahı yaxşı olsa da, “Nyukasl”ın müdafiəsində boşluqlar var. Düşünürəm ki, “Qarabağ” öz oyununu oynasa, Bakıdakı oyunda müsbət nəticəyə ümid edə bilərik”.

Ceyhun Rzayev bildirir ki, qalib gəlsək, cavab oyunu öncəsində üstünlük qazanacağıq:

“Məğlub olsaq belə, cavab oyununu gözləmək lazımdır. Lakin müsbət nəticə olsa, 1 top fərqlə udsaq, mərhələ keçmək şansımız yaranır. Ehtimal çox azdır, çünki səfər oyunu çətin keçəcək”.

Tarix
2026.02.18 / 12:17
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla