Anastasiya Voloçkova son
günlərdə mətbuatda haqqında yayılan ittihamlara cavab
verib.
Axar.az FMG Nyus-a istinadən xəbər
verir ki, balerina bütün yayılan xəbərlərin təxribat olduğunu
açıqlayıb:
"Yalnız bir şey demək istəyirəm. Mənim uğurumu, gözəlliyimi,
azadlığımı, müstəqilliyimi, öz sevimli işimlə məşğul olmağımı mənə
bağışlamaq istəmirlər. Mənimlə görüşmək istəyən kişilərin əllərində
ağ qızılgüllərlə ayaqlarıma hədiyyələr sərərək görüş üçün növbəyə
düzülməsini həzm edə bilmirlər. Bütün bunları mənə bağışlaya
bilmirlər və bilməyəcəklər də. Elə bu. Provakasiya və
cəfəngiyyatlara isə şərh verməyəcəyəm".
Xatırladaq ki, daha öncə "Moskvanın Ulduzları" agentliyinin
direktoru deyib ki, azərbaycanlı biznesmenin agentliyə müraciət
edərək "Ulduzla şam yeməyi" layihəsi çərçivəsində 25 min dollar
müqabilində balerina ilə Bakıda görüş sifariş verib. Görüş baş
tutub, bundan sonar baş verənlər isə Voloçkovanın özfəaliyyəti
olub.
Daha sonra adı açıqlanmayan biznesmen agentliyə şikayət edərək
bildirib ki, şam yeməyinin sonunda rusiyalı balerina azərbaycanlı
biznesmenə əlavə 40 min dollar qarşılığında intim xidmət təklif
edib, biznesmen də razılaşıb və avans ödəyib.
Daha sonra Anastasiya Voloçkova oteldə otağının qapısını
bağlayaraq, çölə çıxmayıb, səhəri gün isə pulu da götürərək
Azərbaycanı tərk edib.
Biznesmen iddia edir ki, onda razılaşma ilə bağlı səs yazısı
var. Balerina isə faktı təkzib edib və bunu böhtan adlandırıb.