Yuxarı

Aygün erməni məkrinin qarşısını aldı - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən "DAF bama Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülən Aygün Kazımova erməni təxribatı ilə qarşılaşıb.

Musavat.com xəbər verir ki, xalq artisti konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrənib ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə Ermənistanı təmsil edən müğənni Siruşonun səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edəcəyini və məhz bu mahnını ifa edəcəyini bilib.

Bu xəbər həm Aygün Kazımovaya, həm də komandasına konsert öncəsi böyük stress yaşadıb.

Ermənilərin planının qarşısını almaq üçün Aygün Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. Aygün Kazımova bildirib ki, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır. Erməni müğənnisinin bu mahnını ifa edib, mükafat alması böyük qalmaqala səbəb olacaq. Həmçinin əlavə edib ki, ermənilər müsabiqəyə siyası don geyindirmək istəyir. Çətinliklə də olsa, Aygün Kazımova erməni müğənni Siruşonun ifasına az qalmış repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi "Kele-kele" mahnısını ifa etməli olub.

Səhnəyə çıxan Aygün Kazımova Azərbaycana, həmvətənlərinə və xüsusilə də Qarabağa sevgisini yollayıb.

Qeyd edək ki, tədbirdə Ermənistanı 2 müğənni təmsil edib.

Tarix
2016.08.28 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan sərhədlərimizdə nə planlaşdırır? - Nikolun məqsədi...

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla