Yuxarı

Bakıda tanınmış aparıcıya qarşı - Cinayət

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tanınmış aparıcıya qarşı - Cinayət

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, hadisə yerinə gələn Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus KİA markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edib və həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Lent.az-ın məlumatına görə, zərərçəkmiş şəxs İctimai Televiziyanın tanınmış aparıcısı Saleh Bağırovdur. Hadisə telekanalın yaxınlığında, yolun kənarında baş verib.

Tarix
2018.05.31 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla