Yuxarı

Gənc müğənnidə hansı xəstəlik var? – Psixoloqdan şok

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc müğənnidə hansı xəstəlik var? – Psixoloqdan şok

Müğənni Mirkamil Kamilovda şəxsiyyət pozuntusunun isterik tipi müşahidə edilir.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova gənc müğənni Mirkamil Kamilovun sosial şəbəkələrdəki son paylaşımlarına münasibət bildirərkən deyib. O bildirib ki, bu tip şəxsiyyət pozuntusu olan insanlar reallıqla öz fantaziyalarını ayırd edə bilmirlər:

“Bir neçə şəxsiyyət pozuntusu var: paranoid, şizoid, dissosial, emosional davamsız (affektiv), impulsiv sərhədi (aralıq) tip, isterik (nümayişkar), anankastik və s. Müğənni Mirkamil Kamilovda isterik tipdir. İsterikin əsas xüsusiyyəti olduğundan artıq görünməyə, həmişə diqqət mərkəzində olmağa, daha çox həyəcan keçirməyə çalışmaqdır. Əslində, bu şəxsiyyət pozuntusu olan insanlara “gopçu insanlar” da deyirlər. Onların elə fantaziyaları olur ki, reallıqla öz fantaziyalarını ayırd edə bilmirlər. Əsasən də əvvəl diqqət mərkəzində olmuş insan olubsa və sonra unudulursa, onlar əvvəlki vəziyyətlərinə qayıtmaq üçün öz fantaziyalarından istifadə edirlər. Belə tip insanların reallaşdıra bilmədikləri arzuları olur. Mirkamildə də bu belədir. Əslində, onun edə biləcəyi bir şey yoxdur, sadəcə fantaziyalarından istifadə edərək, nəyisə nümayiş etdirmək istəyir. Amma nümayiş etdirdiyi şeylər reallığa uyğun olmadığı üçün onu şizofren də adlandıra bilərlər. Bəzi davranışlar cəmiyyətdə normal qəbul edilir, amma onlar şizofreniyanın əlamətləridir. Məsələn, həddindən artıq dodağı qabağa verib şəkil çəkdirmək də bu qəbildəndir. Ancaq biz indi buna xanımların şıltaqlığı kimi baxırıq”.

Qeyd edək ki, “Xalq ulduzu” müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov İnstaqramda qəribə paylaşımları ilə gündəmə gəlib. O, yaxın qohumları və həkimləri ilə bağlı məlumat yayaraq, onu öldürmək istəmələrini iddia edir. Bundan başqa o, “oğru”ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Tarix
2018.11.12 / 15:45
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla