Yuxarı

Qubada otelim var, orada qalıram - Leyla Şıxlinskaya

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada otelim var, orada qalıram - Leyla Şıxlinskaya

Mart ayından Qubadayam, karantin bitənədək burada qalacağam. Ağac əkirəm, gülə, çiçəyə qulluq edirəm.

Axar.az xəbər verir ki, bunu Azvision.az-a xalq artisti Leyla Şıxlinskaya karantin günlərindən danışarkən deyib.

Aktrisa bildirib ki, hazırda Qubadakı otelində iki nəfərlə birlikdə özünütəcrid şəraitində yaşayır:

"Qubada balaca otelim var. Mart ayından orada aşpaz və gözətçimlə qalıram. Övladlarımdan biri ailəsi ilə Moskvada, digər qızım isə Sinqapurdadır. Karantinin sonunadək oteldə qalacağam. Burada ağac əkirəm, gülə, çiçəyə qulluq edirəm. Bitkiləri çox sevirəm. Otelin nə zaman açılacağı ilə bağlı insanlar tez-tez zəng edirlər. İzah edirəm ki, nə zaman icazə verilərsə, o zaman qapımız onların üzünə açılacaq. Mən də xalqımızın gəlib istirahət etməyini gözləyirəm, amma qanun qanundur, nə etmək olar.

Təəssüf edirəm ki, yay belə keçir. İnsanlar isti havada çox əziyyət çəkirlər. Uşaqlar, hamilə qadınlar üçün evdə oturmaq çox çətindir. Onlar üçün narahatam. Kimin daha çox əziyyət çəkdiyini bilmirsən. Vəziyyət bir az kədərlidir. Ümid edirik ki, yaxın vaxtlarda virus bitər və hər şey dəyişər. Nə edə bilərik ki!"

Aktrisa karantin qaydalarına riayət etdiyini söyləyib: "Karantini sakit keçirirəm, əsəbləşmirəm. Ən əsası gülümsəməyə çalışıram. Əsəb-stressdən uzaq durmaq lazımdır, bütün xəstəliklərin başında o durur. Hər səhər yuxudan duranda Allaha şükür edirəm ki, bu gün də sağam, əlim tutur, ayağım gəzir. Mən bu fəlsəfə ilə yaşayıram".

Tarix
2020.06.12 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla