Yuxarı

Anam dəm qazından ölüb... – Müğənni danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anam dəm qazından ölüb... – Müğənni danışdı

Anam saat 6-da hamama girmişdi. Biz saat 10-da onu ölü halda tapdıq. Morqda həkimdə dedi ki, çox güman, ölümünə səbəb dəm qazıdır. Lakin tam dəqiq olması üçün ekspertizanın nəticəsi ayın 20-si çıxacaq.

Kult.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində anasının vəfatı ilə bağlı danışarkən deyib.

“Övladlarım bağ evimizdə idi. Evə qayıdanda oğluma dedim ki, gedin nənənizi təbrik edin. Bizim ev ikimərtəbəlidir. Biz birinci mərtəbədə yaşayırıq, anam isə ikinci mərtəbədə. Oğlum yuxarı çıxdı. O, nənəsini səsləyib cavab almayanda hamamın qapısını açıb. Uşaq nənəsini o halda görüb, qorxub bizə deyə bilməyib.

Mən oğlumun gəlmədiyini gördükdə yoldaşıma dedim ki, çıx yuxarı bax, Yusif gəlmədi, nə baş verir? Birdən ürəyimə gəldi ki, anama nəsə olub. Yoldaşım yuxarı çıxdı və az sonra ağlayaraq dedi ki, Kərim, anan yıxılıb yerə. Gəlib gördüm ki, anam rəhmətə gedib”, - o bildirib.

Qeyd edək ki, müğənninin anası 30 dekabrda, 60 yaşında dünyasını dəyişib.

Tarix
2021.01.04 / 15:44
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla