Yuxarı

Ay Şuşanı bizə qovuşduranlarım!.. - Aybəniz Haşımova

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ay Şuşanı bizə qovuşduranlarım!.. - Aybəniz Haşımova

Bu dərdi yaxından tanıyıram. Bu gün kimi xatırlayıram hər şeyi. Ağlıma belə gəlməzdi ki, şəhid adlı göy üzü boyda bir dərd olarmış. Gecə-gündüz ev-eşiyindən nigaran qalan, ağlayan şəhid gözləri... O gözlər ki, çox gənc, həyat dolu ümidləri, arzuları yarı yolda qaldı, son sözünü, "səni sevirəm" kəliməsini deyə bilmədən gözlərini bu dünyaya əbədi yumdular.

Kult.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial media hesabında yazıb.

“Əslində sözüm bitibdir. Yorulmuşam, həm də çox. Öz dərdim məni daşa döndərmişdi. Sizin dərdiniz çəkilməz, sağalmaz, qaysaq tutmayan yaraya döndü sinəmdə. Bu gün 1 iliniz olur. Bu gün həm də yenidən doğulursunuz. Sizə necə təşəkkür edək görəsən, ay sıldırım qayaları, dağları cırmaq-cırmaq aşaraq Şuşanı bizə qovuşduranlarım! Polad güclü şəhidlərim, qazi igidlərim, xalq, vətən, torpaq uğrunda o gözəl, gənc canınızdan keçdiniz. Vətən sizin əməyinizi heç vaxt unutmaz. Ailələriniz xalqa əmanətdir. Siz rahat yatın, əbədi dünyanız mübarək, əziz şəhidlər”, - Həşimova bildirib.

Qeyd edək ki, əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub.

Tarix
2021.09.27 / 19:20
Müəllif
Türkan Camal
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla