Yuxarı

Azərbaycan kanalları Yeni ilə nə hazırlayıb? - Sorğu

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan kanalları Yeni ilə nə hazırlayıb? - Sorğu

Yeni il gecəsi evinizdə bir arada olmaq və əylənmiyiniz üçün ən yaxşı yollardan biri də televiziya kanallarında yayımlanan xüsusi bayram proqramlarıdır. 90-cı illərdə milli televiziyamızın efirində yayımlanan “Qış görüşləri” adında bir-birindən maraqlı bayram buraxılışlarını yəqin ki, çoxları xatırlayır. Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri, Gülşən Qurbanova, Telman Adıgözəlov, Ələsgər Məmmədoğlu kimi mərhum aktyorlarımızın yumor dolu səhnələri efirdən evlərimizə gülüş, bayram ovqatı gətirirdi.

Bəs görəsən, bu il televiziya kanallarımız Yeni ilə necə hazırlaşıblar?

Bu barədə Axar.az kanallarımız arasında sorğu keçirib.

Azərbaycan Televiziyası 31 dekabr saat 21:00-da “Gəmi” adlı xüsusi Yeni il konserti yayımlayacaq.

Mədəniyyət TV öz ənənəsinə sadiq qalaraq hər il maraqla baxılan tamaşalara üstünlük verib. 11:20-də “Yaşıl eynəkli adam”, 19:00-da “Evləri köndələn yar” televiziya tamaşalarına baxa bilərsiniz. 21:05-də isə sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş möhtəşəm konsert proqramı gözləyir.

İctimai TV-də 23:00-da “İlin son gecəsi” adlı xüsusi bayram proqramı efirə gedəcək.

ATV-də 31 dekabr saat 21:30-da “Yeni il - 2022” xüsusi konsert proqramı yayımlanacaq.

ARB TV Yeni illə bağlı 20:30-da “Bu şəhərdə”, 00:30-da isə “Oyaq olun” adlı bayram buraxılışını efirə verəcək.

Speys TV-də Yeni il günü eksklüziv olaraq 21:00-da "Çox gəzən bilər" verlişində Laplandiya səfəri yayımlanacaq. 22:00-da "Arzuların Yeni ili" adlı xüsusi konsert proqramı efirə gedəcək. Konsertdə cəbhə bölgəsində keşik çəkən əsgərlərimizin istəyi ilə seçilmiş mahnılardan ibarət musiqi çələngi təqdim olunacaq.

Tarix
2021.12.30 / 15:46
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla