Yuxarı

Məşhur "Hababam"ın İlyası həbs edilə bilər

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur "Hababam"ın İlyası həbs edilə bilər

Türkiyə "Yaşılçam"ının tanınmış aktyorlarından İlyas Salmana 6 ilə qədər həbs cəzası verilə bilər.

Kult.az xəbər verir ki, Anadolu Baş Prokurorluğu bu barədə ittihamnamə hazırlayıb.

Bildirilib ki, aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda türk millətini, Türkiyə dövlətini, Böyük Millət Məclisini və məhkəmə orqanlarını təhqir edən ifadələr işlədib.

İlyas Salman videoda söylədiyi sözlərin cinayət tərkibi olmadığını, kimisə təhqir etmək niyyətinin olmadığını, fikir və düşüncə azadlığı çərçivəsində ifadələr işlətdiyini bildirilib.

İddianaməyə görə, onun "türk millətini alçaltmaq" maddəsi ilə 2 ildən 6 ilə qədər həbsə məhkum edilməsi istənilib. Məhkəmə ittiham aktını qəbul edib. Məhkəməyə qədər mühakimə olunacaq İlyas Salman mart ayında hakim qarşısına çıxacaq.

Qeyd edək ki, İlyas Salman bir zamanların məşhur "yeşilçam" filmlərindəki müsbət obrazları ilə tanınır. Aktyorun ən yaddaqalan obrazı "Hababam sinfi" filmindəki İlyas xarakteridir.

Tarix
2022.01.02 / 13:21
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla