Yuxarı

Dünyanın qara brilyant kralı Bakıda - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Formula-1 yarışması çərçivəsində "Billionaire Club"da 3 gün ərzində "Grisogono", "Chopard" və "Graff" zərgərlik brendləri ilə birlikdə fövqəladə axşam keçiriləcək.

Publika.az-ın məlumatına görə, "Grisogono" brendinin yaradıcısı və dahi zərgər Favaz Qruozi öz ulduz rəfiqəsi, amerikalı top-model və milyonların varisi Bella Hadid ilə birlikdə Bakıya gələcək. "Qara brilyant kralı" dünyanın bir çox stil ikonaları və ulduzları ilə dostdur. Onun təşkil etdiyi dəbdəbəli əyləncə gecələrini İrina Şeyk, Naomi Kempbel, Şeron Stoun, Ornella Muti, İzabel Acani və s. bu kimi məşhurlar olmadan təsəvvür etmək olmur.

İkinci gözlənilən tədbir "Chopardredcarpet"dir. Bu gecədə Karolina Şoyfel ilə zərgərlik evinin kreativ direktoru və prezidentinin iştirakı gözlənilir. Sözügedən brendin kreativ direktoru ilə birlikdə dünyanın moda əfsanəsi Petra Nemkova, eləcə də dünyanın moda əfsanəsi Yeva Qerçiqovanın Bakıya gələcəyi deyilir. Hər iki gözəl Karolina Şoyfelin yaxın dostudur və onlar öz sevimli brendini dəstəkləmək imkanını heç vaxt əldən buraxmırlar. Gecəyə İsveçrə xəzinəsinin pərəstişkarı olan Lena Del Rey və Marion Kotiyarın gəlib-gəlməyəcəyi isə hələlik məlum deyil.

Üçüncü gün dünya zərgərlik sənayesinin liderlərindən biri olan "GRAFF" brendinin əyləncə gecəsi təşkil olunacaq. Məlumat üçün bildirək ki, "GRAFF" dünyanın bir çox krallarının zərgərlik təchizatçısıdır. Zərgərlik brendinin pərəstişkarları arasında daha çox dünya miqyaslı ulduzlar Şeron Stoun, Qvinet Peltoru və Madonnanı misal çəkmək olar. Nəzərə alsaq ki, ilk iki axşam bir çox məşhur simaların Bakıya gəlişi gözlənilir, onda "GRAFF" brendinin də gecə üçün sürprizlər hazırlaması və dünya ulduzlarının iştirakı istisna deyil.

"Italdizain Group" şirkətinin PR-xidməti onların gəlməsi ehtimalını istisna etməyib və vəd edib ki, qonaqları səs-küylü hadisələr gözləyir. Bizə yalnız gözləmək və izləmək qalır.

Tarix
2016.06.15 / 16:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla