Yuxarı

Təranə Qumral Əlibəylini məhkəməyə verir - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təranə Qumral Əlibəylini məhkəməyə verir - Video

"Space" telekanalında dava salan müğənni Təranə Qumral hadisə barədə geniş məlumat verib.

O, "Aznews.az"a açıqlamasında bildirib ki, verilişə dəvət olunanda mövzudan xəbərsiz olub: "Verilişdə gözləmədiyimiz halda yenə ötən il bizim ailədə baş verən hadisələrdən danışıldı. Musa müəllim dedi ki, bizdən danışmayın, gedin atasız, nikahsız uşaq dünyaya gətirənlərdən danışın. Hər şey də bundan başladı. Mən bilmirdim ki, belə söhbətlər olacaq. Çünki bizim söhbətlər ötən il oldu, getdi. Mən də bununla bağlı qadağa qoydum. Dedim ki, kim təkrarən bu mövzunu gündəmə gətirsə, həmin şəxsi məhkəməyə verəcəyəm. Yenidən bu söhbətə qayıtmağın adı yoxdur. Ona görə də verilişi tərk elədik. Mən həmin adamları məhkəməyə verəcəm. Əvvəla bununla bağlı məhkəmə qərarı var. İkinci də bizi verilişə çağıranda tamam başqa bir mövzunun müzakirə ediləcəyi deyildi. Orda isə bizə sürpriz etdilər. Buna görə də həmin verilişi hazırlayanları məhkəməyə verəcəyəm. Qoy, veriliş yayımlansın, vəkilimlə danışacam".

Qeyd edək ki, "Space" telekanalında yayımlanan "Günaydın" verilişi "SOY" prodakşının layihəsidir. Layihənin icraçısı isə tanınmış teleaparıcı Elçin Əlibəylidir.

Xatırladaq ki, Musa Musayev, Təranə Qumral və prodüser Təranə Səmədova "Space" telekanalında "Günaydın" verilişinin qonağı olublar. Əxlaq mövzusunda müzakirə zamanı cütlüklə prodüser Təranə Səmədova arasında qalmaqal yaşanıb. Əsəblərinə hakim olmayan Musa Musayev prodüserə hücum çəkib.

Tarix
2014.02.25 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

İlham Əliyev Narenda Modi ilə görüşdü - Foto

Ceyhun Bayramov Bişkekdə Arakçı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla