Yuxarı

Özbəkistan mediası Lapşinin Bakıya gətirilməsindən yazdı

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan mediası Lapşinin Bakıya gətirilməsindən yazdı

Özbəkistanın "tnews.uz" portalı Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi ilə bağlı rus dilində məqalə verib.

Axar.az xəbər verir ki, yazıda deyilir: Azərbaycanın Xarici İşlər Nazirliyi Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdlərinə qarşı çıxır.

Portal XİN-nin mətbuat xidmətinə istinadən yazır ki, sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquq müstəvisində baxılmalıdır.

Qeyd olunur ki, A.Lapşin dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Adı arzuolunmaz şəxslər siyahısında olsa da A.Lapşin başqa dövlətin pasportu ilə Azərbaycan ərazisinə daxil olub.

Məqalədə politoloqların bu məsələyə münasibəti də yer alıb.

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir.

Tarix
2017.02.11 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla