Yuxarı

Xalq artisti Bakıya qayıtdı: Diz üstə çöküb...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti Bakıya qayıtdı: Diz üstə çöküb...

Kult.az 6 aydır Türkiyədə müalicə olunan xalq artisti Yalçın Rzazadə ilə müsahibəni təqdim edir:

- Yalçın bəy, vətənə yeni qayıtdığınızı öyrəndik...

- Bəli, artıq Bakıdayam, ayın 19-u gecə qayıtmışam. Həkimlər bir aylıq istirahətə buraxdılar. Bir aydan sonra müalicə üçün yenidən Türkiyəyə getməliyəm.

- Hazırda səhhətiniz necədir?

- Birdən-birə Türkiyədən gəlib burada hava şəraitinə, yeməyə və s. adaptasiya olmaq bir az çətindir. Ona görə də indi evdən çıxa bilmirəm. Hələlik evdə oturmuşam. Həkimlər telefonla çox danışmağa, yorulmağa icazə vermir. Burdan ora gedəndə çox pis vəziyyətdəydim. İndi danışa bilirəm, xeyli düzəlmişəm.

- Müalicəniz bundan sonra nə qədər davam edəcək?

- Dəqiq məlumatım yoxdur, həkimlər hələ bir söz deməyiblər. Ola bilsin, müalicənin davamı bir həftə və ya bir ay davam etsin. Təxminən fevralın 17-də Türkiyəyə gedəcəm. Hər şey onda bilinəcək.

- Ovqatınızdan çox darıxdığınız hiss olunur...

- Torpaq üçün, Vətən üçün, Bakı üçün çox darıxmışdım. Təyyarədən düşəndə az qalırdı diz üstə çöküb torpağı öpəm. Özüm heç bilməzdim ki, doğulduğum torpağa, millətimə bu qədər bağlıyam. Dünyada bizim millət kimi millət yoxdur. Bizim millətin üzündə yumşaqlıq, təbiilik var, sərt millət deyilik. Yeməyimiz, xasiyyətimiz və s. gözəldir. Öz xalqıma, öz torpağıma qurban olaram.

- Ən çox nələr üçün darıxırdınız?

- Çox sıxılanda, çətin olanda istəyirdim ki, Vətənimdəki hansısa bir meşədə ağacın altında oturum, külək ağacın yarpaqlarını tərpətsin, gələn səsə qulaq asım. Mənim üçün əsl həyat elə budur.

- Bakıda olacağınız bir ayda nələr etməyi düşünürsünüz?

- Bir az özümə gəlim, nə arzularım varsa, bu bir ayda reallaşdırmağa çalışacağam. Mütləq təbiətdə gəzəcəyəm, çayın qırağında oturub, şiriltını dinləyəcəm...

- Bundan əvvəl müsahibələrinizin birində demişdiniz ki, Bakıya qayıdanda konsert verəcəksiniz. Səhhətiniz bu arzunu reallaşdırmağa imkan verirmi?

- Allah qoysa, növbəti dəfə Bakıya qayıdıb bir müddət istirahət etdikdən sonra konsert barədə düşünəcəyəm. Konsertə bir aya hazırlaşmırlar. Azı 3-4 ay vaxt lazımdır. Mütləq böyük konsert verəcəyəm. Sadəcə, müalicə tam bitməlidir ki, bu arzumu reallaşdırım.

Tarix
2020.01.21 / 13:28
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla