Axar.az
Yuxarı

İlk qələbə xəbərini səsləndirən jurnalist danışdı – Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 sentyabr Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən azad olunmasından 1 il ötür. Bu möhtəşəm qələbə xəbərini televiziya efirindən göz yaşları ilə ilk səsləndirən jurnalist, İctimai Televiziyanın xəbər aparıcısı Jalə Həsənli olub.

Jurnalistin Kult.az-a müsahibəsini təqdim edirik:

- Jalə xanım, zamana bir anlıq səyahət etsək, 27 sentyabrı 1 il öncə necə xatırlayarsınız?

- 1 il öncə günə çox həyəcanla oyanmışdım. Səhər tezdən telefonuma zəng gəlmişdi. Redaktorumuz təcili şirkətə gəlməyimi istədi. İlk xüsusi buraxılışımız səhər saat 10:00-da oldu. Efirdə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına başladığı xəbərini səsləndirdim. Hər birimiz çox həyəcanlı idik. Xəbər otağında elə bir təşviş var idi ki! Hər saatın tamamında yeni xəbərlər verməyə çalışırdıq. Saat 14:00-da Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlər üçün brifinq keçirirdi. Mən də studiyada həyəcanla oturub, canlı yayımla brifinqə qoşulmağımızı gözləyirdim.

- Bu illər ərzində bütün jurnalistlərimizin arzusu idi ki, efirdən ilk qələbə xəbərini xalqımıza özü çatdırsın. Bəs siz ilk qələbə xəbərini səsləndirərkən hansı hisləri keçirdiniz?

- Qismət elə oldu ki, biz brifinqə canlı qoşula bilmədik. Rejissorumuz qulaqcığa dedi ki, Jalə, sən məlumatları oxumağa davam et. Yeni məlumat olan kimi sənə xəbər edəcəyik. Cəmi 7-8 dəqiqədən sonra qulaqcıq yenidən açıldı. Və o möhtəşəm xəbər gəldi: “Jalə, denən torpaqlar azad olub!” Sual dolu gözlərlə, həyəcanla monitora baxıram ki, necə yəni? Torpaqlarımız azad olub? Dedi, hə, hə, azad olub. Ondan sonra içimdəki həyəcan, sevinc, 30 illik işğal nisgili ilə dilimdən “Bəzi torpaqlarımız işğaldan azad olunub, gözümüz aydın olsun!” kəlmələri çıxdı. Xəbər buraxılışının sonuna yaxın artıq kəndlərin sayı açıqlandı. Və məni xalqımızla birgə göz yaşına boğan o kəlmələr çıxdı dilimdən: “Füzulinin 4 kəndi, Cəbrayılın isə 2 kəndi işğaldan azad olunub, gözümüz aydın olsun!” Sən dərk edəndə ki, 30 il düşmən tapdağı altında qalan, istehkamlar qurulan o torpaqlarda hər qarış üçün nə qədər oğulun qanı tökülüb... Bunu qəhərsiz səsləndirmək olmur, amma bir tərəfdən də qürur hissi var. O möhtəşəm qələbənin verdiyi fəxr hissi var. Bütün bunlar xəbəri bu hissi yaşayaraq səsləndirməyimə səbəb oldu.

- Bu gün Vətən Müharibəsinin başlanmasından 1 il ötür. Nə hiss edirsiniz?

- Dünən kimi gəlir. Bu gün çox qürurluyam. Ən qürurlusa da bilirsiniz nədir? Bu müsahibəni sizə yolda, Şuşaya gedərkən vermək. Çox böyük qürur hissidir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq bu şanlı tarixə mən də canlı şahid olmuşam. Arzu edirəm, bu zəfərimizə heç vaxt kölgə düşməsin. Qələbəni qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Bu torpaqlar uğrunda canından keçən şəhidlərimiz, sağlamlığından keçən qazilərimiz üçün bu qələbəmizi qorumalıyıq. Allah Vətənimizin birliyi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!

Tarix
2021.09.27 / 12:04
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Ağdamda şəhid sinif yoldaşlarımı gördüm… - Aqil Abbas

Yeni film: Vətən müharibəsinin “Atalar və oğullar”ı

44 gündə diaspor nələr edib? - Xalq rəssamı danışdı

Qarabağı heç kimə verməyəcəyik - "Qurdlar Vadisi"nin Güllüsü

Pikassonun qızı Azərbaycan mediasına danışdı

Qarabağın bu fotolarını görəndə dəhşətə gəldim - Fotoqraf

Arzum idi, önündə diz çöküb üzr istəyim... - Fərhad Bədəlbəyli

Suqovuşan azad ediləndə Təpəgözü xatırladım - Xalq yazıçısı

“Xankəndiyə çatmışdıq, niyə dayandıq” sualının - Cavabı

Polkovnik Ordumuzun hücum taktikasını açıqladı

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla