Yuxarı

Yaşıl Teatrda təntənəli konsert - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşıl Teatrda təntənəli konsert - Foto

Yaşıl Teatr Bakı Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təntənəli konsert proqramı keçirilib.

Bu barədə Kult.az-a Bakı Şəhər İcra Hakimiyyətindən Mətbuat xidmətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyətin təşkilatçılığı və Azərbaycanın tanınmış incəsənət xadımləri, populyar ifaçıların iştirakı ilə baş tutan tədbirə paytaxt ictimaiyyəti və çoxsaylı qonaqlar qatılıb. Konsertə Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbəri və baş dirijoru olduğu “Niyazi” adına simfonik orkestrin ifasında Üz.Hacıbəyovun “Koroğlu” operasından uvertyüra ilə başlanıb.

Azərbaycan estrada ulduzlarının bir-birindən maraqlı ifaları ilə davam edən təntənəli konsertdə Azərbaycanın Xalq atristləri Samir Cəfərov, Azər Zeynalov, Faiq Ağayev, Mübariz Tağıyev, Bilal Əliyev, Fidan Hacıyeva, əməkdar artistlər Zakir Əliyev, İlahə Əfəndiyeva, Teymur Əmrah, Səbinə Babayeva, İnarə Babayevanın, həmçinin populyar ifaçılar Taleh Yəhyayevin, Nigar Şabanovanın, Afaq Abbasovanın, Vaqif Mustafazadə adına “Sevil” instrumental ansablının ifaları çox maraqla qarşılanıb.

Konsertə Əməkdar artist Ramil Qasımovun ifasında “İlhamlı günləri Azərbaycanın” mahnısı ilə yekun vurulub. Tədbir tamaşaçıların böyük razılığı ilə qarşılanıb, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanıb.

Konsert zamanı səhnədə quraşdırılmış ekranda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto materiallar nümayiş etdirilib.

Tarix
2019.05.07 / 19:07
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev güclü liderdir, çalışacaq ki, İran... - Mixaylov

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla