Yuxarı

“Tez ol, xəbər yolla, görüm necəsən?” - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tez ol, xəbər yolla, görüm necəsən?” - Video

Bu gün, demək olar ki, bəstələdiyi bütün mahnıları dillər əzbəri olan Emin Sabitoğlunun doğum günüdür.

Azərbaycanın görkəmli bəstəkarı Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. Musiqi məktəbindən sonra Konservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). İki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961, Yuri Şaporinin bəstəkarlıq sinfi).

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Emin Sabitoğlu nadir bəstəkarlardandır ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Vəzifəpərəst, intriqalara meylli insan olmayan sənətkar ömrü boyu təkcə musiqi ilə məşğul olub.

600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyən sənətkar yaşasaydı, bu gün 78 yaşını qeyd edəcəkdi. E. Sabitoğlu 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib.

Tarix
2015.11.02 / 12:25
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla