Yuxarı

Dünyada iki yeni fəsil yarandı: Alimlər xəbərdarlıq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada iki yeni fəsil yarandı: Alimlər xəbərdarlıq etdi

Beynəlxalq tədqiqatçılar Yer kürəsində insan fəaliyyəti nəticəsində iki yeni fəsilin – tüstü mövsümü və zibil mövsümünün formalaşdığını açıqlayıblar. Bu mövsümlər artıq qlobal iqlim dövriyyəsinə daxil olub və hər il müşahidə olunur.

Axar.az xəbər verir ki, bunu "Deyli Meyl" nəşri yazıb.

Alimlər bildirirlər ki, tüstü mövsümü hər il iyun-sentyabr aylarında Cənub-Şərqi Asiyanı əhatə edir. İndoneziya və Malayziyada kənd təsərrüfatı məqsədilə torf sahələrinin yandırılması nəticəsində yaranan tüstü Sinqapur, Tailand kimi qonşu ölkələrə yayılır. Bu, havanın keyfiyyətinin kəskin pisləşməsinə və tənəffüs xəstəliklərinin artmasına səbəb olur. Bənzər hal qış aylarında Hindistanın şimalında da müşahidə olunur - məhsul qalıqlarının yandırılması Divali bayramı ilə üst-üstə düşür.

ABŞ-da isə meşə yanğınlarının mövsümü yayla məhdudlaşmır. Artıq yazda başlayaraq dekabradək davam edən yanğınlar ölkədə tüstü ilə müşayiət olunan uzunmüddətli iqlim dəyişikliyinə səbəb olur.

Zibil mövsümü isə Balidə dekabrdan martadək baş verir. Musson küləkləri və okean cərəyanları nəticəsində çimərliklərə minlərlə ton plastik tullantı çıxır. 2025-ci ildə yalnız bir mövsüm ərzində 3000 ton zibil toplanıb. Eyni hal Filippin, Tailand və ABŞ-ın şərq sahillərində də qeydə alınıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu yeni mövsümlər ekosistemlərə və insan sağlamlığına ciddi təhdid yaradır.

Tarix
2025.07.30 / 14:14
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla