Yuxarı

Tramp, Putin - razılığa gəlin və Zelenskini dəvət edin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp, Putin - razılığa gəlin və Zelenskini dəvət edin...

Belarus Minskdə Vladimir Putin və Donald Tramp arasında danışıqlar təşkil etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Taym” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Minskdə əvvəllər Ukrayna böhranın həlli üzrə ilk danışıqlar aparılıb və o, hələ o zaman ABŞ-ın prosesə qoşulmasının zəruriliyini qeyd edib:

“Lakin nə Donald Tramp öz ilk prezidentliyi dövründə, nə də Co Bayden danışıqlara qoşuldu. ABŞ tərəfinin indiki ultimativ yanaşmasını isə yersiz hesab edirəm”.

Lukaşenko deyib ki, Rusiya prezidenti, məsələn, hava atəşkəsinə razılıq verə bilər, lakin bu addımı Ukrayna da atmalıdır.

"Üçlükdə haradasa toplaşın. Tramp, Putin - razılığa gəlin və Zelenskini dəvət edin. Birinci gün Rusiya-ABŞ münasibətləri, ikinci gün isə bu problem barədə danışın", - o vurğulayıb.

Tarix
2025.08.08 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla