Yuxarı

Xəzəryanı dövlətlərin sammiti bu şəhərdə keçiriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzəryanı dövlətlərin sammiti bu şəhərdə keçiriləcək

Xəzəryanı dövlətlərin növbəti sammiti 2026-cı ilin avqustunda İranın paytaxtı Tehranda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani “Xəzər dənizi - Sülh və Dostluq dənizi” konfransında çıxışı zamanı bildirib.

Ruzbehani əlavə edib ki, İran həmçinin 2025-ci ildə Xəzər dənizi sahilyanı əyalətlərinin qubernatorlarının ilk beynəlxalq görüşünü keçirmək niyyətindədir. Onun sözlərinə görə, bu görüşün keçirilməsinin məqsədi Xəzəryanı əyalətlərin rəhbərliyi səviyyəsində dialoq, təcrübə mübadiləsi və qarşılıqlı əlaqə üçün davamlı platforma təmin etmək, əyalətlərin potensialından istifadə etməklə iqtisadi və regional diplomatiyanı gücləndirmək, Xəzər dənizi hövzəsinin qonşu əyalətləri arasında sərhədyanı əməkdaşlıq imkanlarını müəyyən etmək, həmçinin birgə layihələri həyata keçirməkdir.

"Görüşün dəvətnaməsi və proqramı yaxın vaxtlarda bütün Xəzəryanı ölkələrə göndəriləcək", - deyə diplomat dəqiqləşdirib.

Tarix
2025.08.12 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla