Yuxarı

Rusiya Donetskə 100 min əsgər toplayıb - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Donetskə 100 min əsgər toplayıb - Ekspert

Hazırda bütün toqquşmaların üçdə biri məhz Pokrovsk şəhərində qeydə alınır. Rusiya Donetsk vilayəti istiqamətində 100 min əsgər yerləşdirib.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Sergey Qrabski bildirib.

Onun sözlərinə görə, bu, çox güclü təzyiqdir və ona görə də hazırda Pokrovsk istiqamətində vəziyyət daim gərgin olaraq qalır.

“Ukrayna hərbçiləri mövqelərini qoruyur və panikaya düşmürlər. Döyüşlər müxtəlif istiqamətlərdə davam edir. Rusiya ordusu ərazidə texnika tətbiq edə bilmir. Ona görə də bunu kiçik piyada qruplarını istifadə etməklə əvəz etməyə çalışır. Bu, əslində “sızma taktikasıdır”. Biz məhz bu sızmalara qarşı mübarizə aparırıq.

Hazırda əməliyyatlar davam edir və qarşı tərəf Pokrovsk istiqamətində sözün əsl mənasında ilişib qalıb. Bu səbəblə həmin istiqamətdən geriçəkilmə imkanı yoxdur.

Novopavlivka və Zaparojye istiqamətlərində isə biz indiyədək məhdud miqyaslı döyüşləri müşahidə edirik.

Qısaca, hazırda Donetsk istiqaməti, xüsusilə də Pokrovskla Konstantinovka arasındakı sahə həm Ukrayna, həm də Rusiya tərəflərinin ən çox qüvvə və resurs sərf etdiyi əsas döyüş zonasına çevrilib”, – ekspert vurğulayıb.

Tarix
2025.08.17 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla